1958-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində anadan olmuş Mustafayev Mustafa Qılman oğlu 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsini bitirmişdir. Hal-hazırda AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışır.1984-cü ildə Azərbaycan AMEA “Bilik” cəmiyyətinin nəzdində yaradılmış “Gənc natiqlik” məktəbinin ictimai-siyasi fakültəsinə daxil olan Mustafayev M.Q. 1986-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
Azərbaycanın düzən torpaqları üçün xarakterik olan şoranlaşma prosesini tədqiq etmiş, 1992-ci ildə AMEA-nin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Şimali Muğanda meliorasiya olunmuş torpaqda duzların dərinliyə doğru yayılma qanunauyğunluqları” mövzusun-da namizədlik dissertasiya işini müdafiə etmişdir.
O, 1990-1995-ci ildə Suraxanı Rayon Sovetinin deputatı olmuşdur. Mustafayev Mustafa Qılman oğlu 1995-ci ildən Yeni Azərbaycan Partiya-sının üzvüdür. 25 ildən çoxdur ki, seçkilər prosesinin aktiv fəal üzvüdür və hazırda 31 saylı Suraxanı 2-ci Seçki Dairə Komissiyasının 23 saylı Məntəqə seçki komissiyasının sədridir.
2007-2009 cu illərdə “Muğan-Salyan massivində torpaq tədqiqatla-rı” aparmaq məqsədilə təşkil edilmiş ekspedisiyanın rəhbəri olmuşdur.2010-2012 ci ildə isə “Şirvan düzündə torpaq tədqiqatları” aparmaq üçün təşkil olunmuş ekspedisiyaya rəhbərlik etmişdir. Bütün bu işlərin yekunu olaraq, 2017-ci ildə“Muğan-Salyan massivində torpaqların müasir vəziyyəti və onun yaxşılaşdırılmasının el mi əsasları” mövzusunda « Torpaqşünaslıq» ixtisası üzrə doktorluq dissertasiya işini müdafiə etmişdir.
Azərbayçan Respublikasının Prezidenti Yanında Elmin İnkişa-fı Fondu tərəfindən qrantların verilməsi üzrə 2010-cu ilin 1-ci müsabiqəsinin qalibi olmuş “Sel suları altında qalmış ərazilərdə torpaq münbitliyinin bərpası” layihəsinin (15.03.2011–ci il tarixli EİF-2010-1 (1)-40/20)və “İrriqasiya sistemləri üçün yeni universal ehtimal statistik model və metodların yaradılması və Azərbaycan torpaqlarında meliorativ proseslərin optimallaşdırılmasında istifadəsi” (01.04.2017-01.04.2018 tarixli EİF-KETPL-2015-1(25)-56/13/1-M-28 ) layihəsinin əsas icraçıların-dan biri olmuş və həmin ərazidə torpaqların yaxşılaşdırılması məqsədilə nəşr edilmiş 1 kitab və 1 tövsiyyənin həmmüəllifidir.
Həmçinin, Qazaxstan alimləri ilə birlikdə «Влияние биопрепаратов на экологическое состояние плодородия темно-каштановых почв и на урожайность и качество овощных культур в условиях юго-востока Казахстана» mövzusunda qrant layihəsinin iştirakçılarından biridir (№AP08957180, 01.10.2020- 30.09.2021 гг.).
12 fəlsəfə və 1 elmlər doktorluq dissertasiyasına opponentlik etmişdir Mustafayev M.Q. ümumilikdə 2 monoqrafiya (tək), 1 dərs vəsaiti və 3 monoqrafiya ( Rusiya və digər ölkələrin alimləri ilə birlikdə), 4 kitab, bir tövsiyyənin (respublikada həmmüəlliflə), 1 buklet (həmmüəlliflə) ,150 məqalənin müəllifidir. Onlardan 80–i xaricdə müxtəlif nüfuzlu jurnallarda nəşr edilmişdir.
Muğan-Salyan massivinin torpaqlarının müasir vəziyyəti kompleks tədqiqatlarla müəyyənləşdirilmiş və ilk dəfə olaraq 1:200000 miqyasında tərtib olunmuş torpaqların duzluluq və deqradasiya xəritələrinin müəllifidir. Alimin tədqiqatları əsasında suvarılan torpaqlarda su-duz balansı, su-duz rejimi, onların proqnozunun verilməsi, duzların miqdarı və tipinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirinin riyazi asıllığı verilmişdir. Mustafayev M.Q. 2014-cü ildə Avropa Nəşr Mətbuatı tərəfindən ilin ən yaxşı vətənpərvər tədqiqatçı alimi QIZIL MEDALI və Diplomuna layiq görülmüşdür. O, elmi-təşkilatçılıq fəaliyyətinə görə 2015-ci ildə AMEA-nın Aqrar Bölməsinin Fəxri Fərmanı, 2018-ci ildə isə AMEA-nın Biologiya və Tibb Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Mustafyev M.Q. uzun müddətli tədqiqatlarına əsaslanaraq, Rusiya alimləri ilə birlikdə -«Azərbaycanın mərkəzi hissəsində şorlaşmış boz–çəmən torpaqların istfadəsi yolları » (№ 2016118894, Способ освоения засоленных сероземно-луговых земель центральной части Азербайджана, 2017) mövzusunda Beynəlxalq Patent əldə etmişdir. Hal-hazırda bu patentdən Respublikada və Rusiyada geniş istifadə edilir. O, Qazaxstan Respublikasında nəşr olunan«Почвоводение и Агрохимия »,Rusiyada nəşr olunan «Экология и строительства»,«Мелиорация и Гидротехника)»,«Природные системы и ресурсы» və «Агрохимический вестник»,Ukraynada nəşr olunan «Environmental safety and natural resources» jurnallarının redaksiya heyətinin və redaksiya şurasının üzvüdür.
Mustafayev M.Q. Qazaxstan Respublikası, Korkıt Ata adına Qızıl Orda Dövlət Universitetində doktorluq dissertasiyası üzrə müdafiə şurasının üzvü və həmin Universitetdə 3 doktorantın elmi məsləhətçisidir. Ümumilikdə 5 doktoranta rəhbərlik edir.
O, 2019-2020 ci ildə Respublika Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində «Aqresenozlar və ekosistemlərin mühafizəsi» üzrə Elmi Şuranın sədri olmuşdur. Hal hazırda Respublika Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində «Biologiya, aqrar və tibb elmləri üzrə» problem Şurasının sədr müavinidir. O, 2018-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü və 2020- ci ildə isə həqiqi üzvü seçilmişdir. 2020-ci ilin oktyabr ayında Belarusiya Dövlət Kənd Təsərrüfatı Akademiyasının «Fəxri Doktoru» elmi adına layiq görülmüşdür. Mustafayev M.Q. 2020-ci ildə”İlhamlı Azərbaycan” Layihəsinin qaliblərindən olmuş və «İlhamlı Azərbaycan » döş nişanı ( medalı) ilə təltif edilmişdir.
Mustafyev M.Q. Beynəlxalq Torpaqşünaslar İttifaqının və B.B.Doku-çayev adına Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvüdür, 2021-2023 ci illər də Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Fedarasiyasının vitse-prezidentidir. 2011– ci ildən Torpaqların meliorasiyası laboratoriyasının rəhbəridir. İki övladı 5 nəvəsi var.
Fərid Mustafayev
YAP Yasamal rayon AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Oxunub: 377