dini radikalizm və ekstremizmlə mübarizə

İmran Xanın həyat yoldaşı da sərbəst buraxıldı

İmran Xanın həyat yoldaşı da sərbəst buraxıldı


Pakistanın Lahor şəhərinin məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibini də azadlığa buraxıb.

Djb.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Büşra Bibi girov müqabilində mayın 23-nə qədər sərbəst buraxılıb.
Girovun məbləği açıqlanmayıb.

Qeyd edək ki, İmran Xan və həyat yoldaşı korrupsiyada ittiham olunurlar. İttihamlara görə, onlar ailəvi “Al Qadir Trust” fondundan istifadə edərək dövlət büdcəsindən təqribən 175 milyon dollar mənimsəyiblər. İmran Xan mayın 9-u saxlanılıb və mayın 12-si girov müqabilində 2 həftəlik azadlığa buraxılıb.

Oxunub: 135
Oxşar xəbərlər
SON XƏBƏRLƏR