dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda "Heydər Əliyev və Gənclər siyasəti" adlı dəyirmi masa keçirilib


Djb.az xəbər verir. LDU-nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə  Ulu Ondər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar  “Heydər Əliyev və Gənclər siyasəti” adlı dəyirmi masa keçirildi. Tədbirdə Azərbaycan Himni səsləndikdən sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Tələbə Gənclər Təşkilatının  sədri Samid Xudadlı, fəal üzvlər Arzu Məmmədova, Allahverən Pərvizoğlu, Aysun Abdullayeva Heydər Əliyev irsi və gənclər siyasəti, gənclərə dövlət qayğısından məruzə və çıxışlar ediblər.Tədbirin sonunda “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş etdirildi.


Oxunub: 160
Oxşar xəbərlər
SON XƏBƏRLƏR