Djb.az xəbər verir. Fərəc Quliyev "1-ci Qarabağ savaşının əfsanə ismi, kəşfiyyatçı Allahverdi bəy Dönməzlə yenidən qarşılaşıb. F.Quliyev sosial media hesabında yazır .
- Allahverdi bəy həm Milli Azadlıq Hərəkatında bu dövləti quracaq bir fəaliyyət göstərmiş həm də Qarabağ savaşında fövqəl fəaliyyət göstərmişdi. Onun fəaliyyəti bəlkə bir əsrə sığacaq qədər böyük bir fəaliyyətdir. Allahverdi bəyin Kəlbəcər döyüşlərində, kəşfiyyatda xidmətləri sonsuzdur. 2016-cı ildə təkbaşına Kəlbəcəri yenidən ziyarət etmişdi. Xatırlayıram ki, Şıxov batalyonu 93-cü ildə Kəlbəcəri azad etmək istəyərkən Kəlbəcərə kəşfiyyat qrupu başçısı kimi getmişdi və dəqiq məlumatlar gətirmişdi. O zaman biz Kəlbəcəri götürməli idik. Çox təəssüflər olsun ki, fərqli bir təsadüflərdənmi deyək, baş verən hadisələrdən bu reallaşmadı. Amma hər halda Allahverdi bəy əlindən gələn hərşeyi etmişdi. Mən bugün yenidən bu əfsanəvi komandirlə qarşılaşdım, döyüş dostumla görüşdüm bir təsadüf nəticəsində.
Dövlət abstrak bir nəsnə deyil, onu insanlar yaradır və yaşadır. Əslində bu dövlət bu insanların fəaliyyətində əməllərində varlığında təcəssüm edir. Nə yaxşı varsan Allahverdi bəy. Sən və sənin kimi qazilər və şəhidlərimiz bu yolda bir dövlət ərmağan etdilər.
Millətimiz var olsun! Sizlər var olun!"
Fərəc Quliyev
Oxunub: 376