dini radikalizm və ekstremizmlə mübarizə

"Şanlı tariximizə səyahət" adlı tədbir keçirilib


Djb.az məlumat verir. Aprel ayının 3-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin yeddinci il dönümünə həsr olunan "Şanlı tariximizə səyahət" adlı tədbir təşkil olunub.
Tədbirdə Yardımlı şəhər 3 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Aprel döyüşləri haqqında və o cümlədən əsası Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan güclü Azərbaycan Ordusu haqqında geniş məlumat verib.
Daha sonra adı qeyd olunan orta məktəbin psixoloqu Əli Kərimli mövzu ilə bağlı fikirlərini ifadə edib və tədbirin təşkilatçılığına görə minnətdarlığını ifadə edib.
Yekun olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında, o cümlədən "Heydər Əliyev ili" ilə əlaqədar tərtib olunan "Unudulmaz dahi" və Aprel döyüşlərinin yeddinci il dönümünə həsr olunan "Tarixi Zəfərin qəhərmanları" adlı sərgiyə baxış keçiriblər.



Oxunub: 395
Oxşar xəbərlər
SON XƏBƏRLƏR