dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün Aprel Şəhidimiz Nurəddin Mirzəyevin anım günüdür. Allah rəhmət eləsin, ruhu şad olsun Amin


Djb.az məlumat verir Aprel döyüşlərində Şəhidlik zirvəsinə ucalan Yardımlıdan olan qəhrəmanımız Nurəddin Mirzəyev

Şəhid Nurəddin Etimad oğlu Mirzəyev 20 dekabr 1996-cı ildə Yardımlı rayon Honuba kəndində anadan olub. 2015 - ci ilin yanvar ayı hərbi xidmətə çağırılan Nurəddin snayperçi kimi xidmət edib. 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Aprelin 4-də doğulduğu Yardımlı rayon Honuba kəndində uğrunda can verdiyi torpağa tapşırılıb. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif olunub.

Dərin hörmət və ehtiramla yad edirik.

Oxunub: 260
Oxşar xəbərlər
SON XƏBƏRLƏR