dini radikalizm və ekstremizmlə mübarizə

ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU) poeziyasının inciləri



QƏRİBSƏMİŞ SÖZ

Sözün ayağı var,
sözün başı var...
Dağ boyda söz də var,
söz yağışı var...
Bəzən söz aldadır adamı,
şeytanı var, şeytan daşı var...
Can alan sözün də,
öz sirdaşı var...

Söz toplusu, qalaq-qalaq,
amma, gülmür üzümə...
Fikir verən də yoxdu,
qəribsəmiş sözümə...

Sözün çürüyü var,
safı var...
Qara bəxtli sözlərin,
ərşə qalxan ahı var...
Ədalətli sözün də,
Tanrıya pənahı var!
Turan adlı bir sözün,
Gələcək sabahı var!!!

İGİD HƏTƏMXAN
(Şəhidimiz KAPİTAN HƏTƏMXAN QULİYEVƏ ithaf olunub)


Vətənim dardadır, deyib Kapitan,
“El-obam, hardadır?!” deyib, Kapitan,
Zabit mundirini geyib Kapitan,
Döyüşə atıldı İgid Hətəmxan.
*
Vətən dar gündəydi, qalxdı ayağa,
Bir qəhrəman oldu, döndü dayağa,
Sarıldı silaha, üçrəng Bayrağa,
Döyüşə atıldı İgid Hətəmxan.
*
Aprel döyüşnə sən şahid oldun,
Zəfər döyüşündə sən Şəhid oldun.
Əzmkar ruhunla sən vahid oldun,
Döyüşə atıldı İgid Hətəmxan.
*
Uşaqlıq illərin keçdi gözümdən,
Ürəyim ağrıdı, getdim özümdən,
Yandım alovuna, keçdim közündən,
Döyüşə atıldı, İgid Hətəmxan.
*
Atan Məti, Anan Ruqiyyə harda?
Bəs, Fərhad qardaşın, hansı diyarda?!
Vəfalı Xanımın yol gözlər, darda,
Döyüşə atıldı İgid Hətəmxan.
*
Kəsmək olmayırdı axan qanları,
Əzməyin vaxtıydı həmin “yanlar”ı.
Tanıtdın hamıya qəhrəmanları-
Döyüşə atıldı İgid Hətəmxan.
*
Dərdini heç kimlə bölə bilmədi,
Zəfəri görmədi, gülə bilmədi,
Dostları göz yaşın silə bilmədi,
Döyüşə atıldı İgid Hətəmxan.
*
Sən oldun ordumun qüruru, fəxri,
Gül-çiçək, qoxudu vətənin ətri,
Əroğlu, sən bitir, şeiri, sətri,
Döyüşə atıldı İgid Hətəmxan.

AZƏRBAYCANA

Vətənim böyükdür, Uludur-Ulu,
Haqqa gedir, çalışdığı bu yolu,
Bölünüb Arazla, kəsilib qolu,
Təbrizim ürəkdir, Azərbaycana.

Millətim bölünüb param-parçadır,
Arazla bölünüb, kəsik xalçadır,
Qarabağ əsirdir, ürək parçadır,
Əsirlik yaraşmır Azərbaycana,

Bir günəş bəs edir, cümlə-cahana,
Bir söz də bəs edir, onu duyana,
Dəniz də çalxalanır, o yan, bu yana,
Xəzərim yaraşır, Azərbaycana.

Bir dünya yaşayır sənin adında,
Cənnətlə qoşadır sənin adın da,
Sözüm də qalacaq elin yadında,
Ədalət payıdır Azərbaycana.

BİR TARİX YAZIRSAN

İlhamım göz açıb şeirlərimdə,
Misralar söz açıb, şeirlərimdə,
Sözüm işıq saçıb şeirlərimdə,
Bir tarix yazırsan, ay İzzət oğlu.
*
Şaxtalı, boranlı günlər keçmisən,
Qəmli anlar, toy-düyünlər keçmisən,
Əsrin acı badəsini içmisən,

Oxunub: 297
Oxşar xəbərlər
SON XƏBƏRLƏR