MƏN BİR QADIN TANIDIM ... Sətirlərlə söhbət edən,qələmiylə xarüqələr yaradan, misralara mirvari tək elmini düzən. Sevdikləri üçün günü-günə satan, lazım gəlsə göydən günəşi yerə gətirən.
MƏN BIR QADIN TANIDIM ... Qaranlıqda olasa belə gözlərində bir işığ nuru ilə elmini körpə fidanlara aşılayan.
MƏN BİR QADIN TANIDIM... Dili şirin bal kimi, dərdi zəhərdən kəskin sözləriylə o məlhəm olur hər bir ötənə. Sevgi bağışlayır kasab olan hər kəsə.
MƏN BIR QADIN TANIDIM ... Əməlilə hər kəsə örnək olan bir Xatun.
MƏN BIR QADIN TANIDIM... Bir ömürü xalqına qurban verən, şagirdləriylə dövlətinə saray tikən, xəyal deyil gerçəklərdən arzulara yollar açan.
MƏN BIR QADIN TANIDIM ... Elindəki yaraları özü sarar, anaların dərdlərinə məlhəm olar dəva olar. O, sarılar ağrılara, acılara .
MƏN BIR QADIN TANIDIM... Məhəbbətə dəyər verən, ürəyində bacı, qardaş hicranina üsyan edən.
MƏN BIR QADIN TANIDIM ... Çox dözümlü... Çox hüzünlü, çox səbrli
MƏN BIR QADIN TANIDIM ... Talehləri zərrə-zərrə yaşayaraq yazan pozan.
MƏN BIR QADIN TANIDIM Onun kimi , Sənin kimi çox qadınlar tanıdim Südabə müəllimə kimi, Almaz İlahə kimi Vətən sevdalısı.
Mən bir qadın tanıdım, həm sədaqətli dost, vətənpərvər xanım, profesional pedaqoq Almaz İlahənin hörmət bəslədiyi Südabə adıyla !