dini radikalizm və ekstremizmlə mübarizə

“Avroviziya”nın final biletləri rekord müddətə satıldı

“Avroviziya”nın final biletləri rekord müddətə satıldı


Liverpulda keçiriləcək “Avroviziya-2023” mahnı müsabiqəsinin finalının biletləri 36 dəqiqəyə satılıb.

Bu barədə “Sky News” məlumat yayıb.

Mənbənin sözlərinə görə, biletlərə tələbat çox yüksək olduğundan bir çox istifadəçi problemlə qarşılaşıb.

Bir biletin qiyməti 80 ilə 380 funt sterlinq (təxminən 160-763 manat) arasında dəyişirdi. Qalan şoular üçün biletlər təxminən bir saat ərzində satılıb.

Qeyd edək ki, müsabiqənin yarımfinalları 9 və 11 may, finalı isə 13 mayda baş tutacaq. Azərbaycan yarışmada iştirak edəcəyini təsdiqləyib.

Oxunub: 177
Oxşar xəbərlər
SON XƏBƏRLƏR