dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağda üçtərəfli görüş olub

Qarabağda üçtərəfli görüş olub


Azərbaycan nümayəndələri və Rusiya Federasiyası sülhməramlıları komandanlığının rəhbər heyəti arasında mart ayının 1-də görüş olub.

Bu barədə Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti məlumat yayıb.

Məlumata görə, görüşdə Qarabağda yaşayan ermənilərin nümayəndələri də iştirak edib.

Görüşdə Laçın dəhlizindən avtomobillərin maneəsiz keçidinin bərpası müzakirə olunub. Tərəflər Qarabağın elektrik enerjisi və qazla fasiləsiz təchizatı məsələlərini də müzakirə ediblər. Bundan əlavə, görüş çərçivəsində Azərbaycan tərəfinin nümayəndələri tərəfindən 2 mədəndə ətraf mühitin monitorinqinin aparılması imkanlarından bəhs edilib.

Gələcək əməkdaşlıq, gərginliyin azaldılması, regionda dinc həyatın bərqərar olunması yollarının axtarılması barədə razılıqlar əldə olunub.

Oxunub: 146
Oxşar xəbərlər
SON XƏBƏRLƏR