dini radikalizm və ekstremizmlə mübarizə

Premyer Liqa: “Neftçi” “Qarabağ” önündə iki illik tilsimi qırmağa çalışacaq

Premyer Liqa: “Neftçi” “Qarabağ” önündə iki illik tilsimi qırmağa çalışacaq


Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq.

Qapanış matçında əzəli rəqiblər “Qarabağ” və “Neftçi” birincilərin meydanında üz-üzə gələcəklər.

Avrokuboklarla vidalaşan “Qarabağ”da ötən həftəiçi Belçika klubu “Gent”lə oyunun heyətində rotasiyalar gözlənilir. “Sabah”ın ardıcıl ikinci matçda büdrəməsi bugünkü qarşılaşmanın önəmini daha da artırır. Ağdamlılar qalib gəlməklə xal fərqini 11-ə yüksəldə və liderliyini daha da möhkəmlədə bilərlər.

“Neftçi” üçün isə qələbə ikiqat vacibdir. “Ağ-qaralar” həm ikinci pillədəki “Sabah”la aradakı xal fərqini 2-yə endirməyə, həm də “Qarabağ”la matçlardakı uğursuz seriyaya son qoymağa çalışacaqlar. Bu komandaların çempionatdakı son 6 duelindən Qurban Qurbanovun kollektivi qalib ayrılıb. “Neftçi” axırıncı dəfə 2021-ci ilin mayında – iki il əvvəl əzəli rəqibini məğlub etməyi bacarıb.

“Qarabağ” hazırda 61 xalla turnir cədvəlinə başçılıq edirsə, üçüncü pillədəki “Neftçi”nin aktivində 48 xal var.

Qeyd edək ki, turun digər oyunlarında “Zirə” “Turan Tovuz”u (2:0), “Kəpəz” “Sumqayıt”ı (2:1) səfərdə, “Şamaxı” “Sabah”ı (2:1) evdə məğlub edib, “Səbail” – “Qəbələ” matçı heç-heçə (2:2) nəticələnib.

Premyer Liqa

XXIV tur

27 fevral (bazar ertəsi)

20:00. “Qarabağ”– “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Seymur Səlimli

“Azersun Arena”

Oxunub: 189
Oxşar xəbərlər
SON XƏBƏRLƏR