dini radikalizm və ekstremizmlə mübarizə

Xocalı Soyqırımının 31-ci ildőnūmūnə həsr olunan "Bəşəriyyətin ən dəhşətli vandalizmi - Xocalı faciəsi" adlı tədbir keçirilib

Fevralın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nəriman Nərimanovun , Məmməd Səid Ordubadinin xatirə muzeylərinin və "Zəfər Yolu" Mūharibə Iştirakçılarina və Şəhid Ailələrinə Humanitar Dəstək Ictimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 31-ci ildőnūmūnə həsr olunan "Bəşəriyyətin ən dəhşətli vandalizmi - Xocalı faciəsi" adlı tədbir keçirilib.

Tədbiri N.Nərimanovun Xatirə muzeyinin direktoru Ləman Hūseynova açaraq qonaqları salamlayıb. Xocalı qurbanlarının və Tūrkiyədə baş vermiş dəhşətli zəlzələdə həlak olan insanların xatirəsi bir dəqiqəlik sűkutla yad edilib. Tədbirdə Xocalı hadisələrini əks etdirən videoçarx nūmayış olunub.
Tədbirdə həmçinin M.S.Ordubadinin xatirə muzeyinin baş fond mūhafizı, direktor vəzifəsini mūvəqqəti icra edən Rasimə Əhmədova, Dūnya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin nūmayəndəsi Nəzakət Kərimova-Əhmədova,, Vətən Mūharibəsi qəhrəmanı, kəşfiyyatçı Xankişı Yusifov, Mūharibə veteranı Ramiz Yusubov çıxış ediblər.

C.Novruz Mədəniyyət Fondunun əməkdaşı, "Ģūn.az"saytının redaktoru Rəsmiyyə Heybətağaqızı, "Zəfər Yolu "Mūharibə Iştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək Ictimai Birlyinin rəhbəri,şairə-publisist Pərvanə Salmanqızı Xocalı faciəsinə həsr etdikləri şeirlərini səsləndiriblər.
Tədbirin sonunda muzeyin direktoru Ləman Hūseynova tədbir iştirakçîlarına őz mınnətdarlığını bildirib.

Tədbirdə C.Cabbarlı, Būlbūlün ev-muzeylərinin, eləcə də Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanasının əməkdaşları iştirak ediblər.








Oxunub: 164
Oxşar xəbərlər
SON XƏBƏRLƏR