dini radikalizm və ekstremizmlə mübarizə

Atsunun cənazəsi vətənində rəsmi mərasimlə qarşılandı

Atsunun cənazəsi vətənində rəsmi mərasimlə qarşılandı


Türkiyədə fevralın 6-da baş verən zəlzələlər zamanı yaşadığı rezidensiyanın çökməsi nəticəsində dağıntılar altında qalaraq həyatını itirən “Atakaş Hatayspor”un futbolçusu Kristian Atsunun cənazəsi vətəni Qanaya çatdırılıb.

Onun nəşi ölkəsinin paytaxtı Akkrada prezidentin köməkçisi Mahamudu Bavumia və nazirlər tərəfindən rəsmi mərasimlə qarşılanıb, sonra isə mərhumun ailəsi və azarkeşlərinin müşayiəti ilə özəl dəfn evinə aparılıb.

Atsunun dəfn mərasiminin tarixi daha sonra açıqlanacaq.

Xatırladaq ki, fevralın 18-də Türkiyə Superliqa komandalarından “Hatayspor”un formasını geyinən Kristian Atsunun cəsədi dağıntılar altından çıxarılıb.

Oxunub: 142
Oxşar xəbərlər
SON XƏBƏRLƏR