dini radikalizm və ekstremizmlə mübarizə

Blinken: “Co Bayden “F-16”ların Türkiyəyə verilməsini dəstəkləyir”

Blinken: “Co Bayden “F-16”ların Türkiyəyə verilməsini dəstəkləyir”

“Co Bayden “F-16”ların Türkiyəyə verilməsini dəstəkləyir. Bu, bizim milli maraqlarımız üçün çox vacibdir. Hazırda bu məsələnin həlli istiqamətində işlərimiz davam edir”.

Bu sözləri Ankarada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransında deyib.

A.Blinken vurğulayıb ki, Türkiyənin regionda müştərək təhlükəsizlik potensialında yeri çox önəmlidir.

“F-16”lar məsələsinə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da münasibət bildirib. Türkiyəli diplomat konqresdə oturan bəzi senatorların yazdığı məktublardan xəbərdar olduqlarını xatırladıb.

“Əgər biz konqresdə birgə işləyə bilsək, bunun öhdəsindən gələ bilərik. Bu prosesi tez başa çatdırmaq hər iki tərəfin marağındadır”, - deyə Mövlud Çavuşoğlu bildirib.

Mənbə: Haber Global

Oxunub: 136
Oxşar xəbərlər
SON XƏBƏRLƏR