Xilasedicilərimiz 12 yaşlı qızı dağıntılar altından sağ çıxardı - VİDEO
Azərbaycan xilasedicilərinin 86 və 89 saat sonra iki nəfəri xilas etməsinin görüntüləri yayılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əməliyyatlar çərçivəsində dünən Kahramanmaraşda xilasedicilərin şücaəti və peşəkarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış (dünən Türkiyə vaxtı ilə saat 18:00 radələri) 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə (Türkiyə vaxtı ilə saat 21:00 radələri) 12 yaşlı qız uşağı sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.