dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədə zəlzələdə ölənlərin sayı 3400-ü ötdü - Yenilənib

Türkiyədə zəlzələdə ölənlərin sayı 3400-ü ötdü - Yenilənib


Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 3000-i ötüb.

Djb.az Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən xəbər verir ki, ölənlərin sayı 3381 nəfərə çatıb.

Yaralıların sayı isə 20 426 nəfərə yüksəlib. Məlumata görə, ölkədə zəlzələ nəticəsində 5775 bina dağılıb.

***

Türkiyənin vitse-prezidenti Fuat Oktayın sözlərinə görə, zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə çatıb: “Yaralıların sayı isə 20 534 nəfər təşkil edir. Dağıntılar altından 8 mindən çox insan çıxarılıb”.

***

AFAD-ın məlumatına görə, həlak olanların sayı 3432, yaralıların sayı isə 21 103 nəfərə çatıb.

Oxunub: 206
Oxşar xəbərlər
SON XƏBƏRLƏR