dini radikalizm və ekstremizmlə mübarizə

​Ötən gün yaralanan Vasif 4 saatlıq əməliyyat keçirdi

​Ötən gün yaralanan Vasif 4 saatlıq əməliyyat keçirdi


Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. O qeyd edib ki, əməliyyat olunan yaralının vəziyyəti yaxşıdır: “Həyatı təhlükəsi yoxdur”.

Vasifin anası Təranə Tağıyeva isə Oxu.az-a bildirib ki, oğlu əməliyyatı haqda ona əvvəlcədən məlumat verməyib: “Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım çəkib”.

Qeyd edək ki, ötən gün saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki əməkdaş isə yaralanıb.

Oxunub: 147
Oxşar xəbərlər
SON XƏBƏRLƏR