dini radikalizm və ekstremizmlə mübarizə

Yaralıların son durumu açıqlandı

Yaralıların son durumu açıqlandı


Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı xəsarət alan diplomatik korpus əməkdaşlarından birinin cərrahi əməliyyatı başa çatıb və vəziyyəti yaxşılaşıb.

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.

“İkinci yaralı əməkdaşımızın cərrahi əməliyyatı isə davam edir. Həkimin rəyinə görə, onun əməliyyatı daha iki saat davam edəcək və ümid edirik ki, əməliyyat başa çatdıqdan sonra onlar palataya köçürüləcək”, - Əli Əlizadə vurğulayıb.

Diplomat vurğulayıb ki, Azərbaycan İrandan bu terror aktları və onların nəticələrini təqib etməsini, bütün məsuliyyət daşıyanları həbs etməsini və müvafiq orqanlar adından bu hadisələrə görə məsuliyyət daşıyanların hamısının müəyyən olunmasını, nəticələri Azərbaycana bildirməsini gözləyir.

“Biz bu hadisələri terror aktı kimi qiymətləndiririk, çünki iki ölkə arasında belə hadisələr gözlənilmirdi. Hadisəyə görə çox təəssüflənirik”, - Azərbaycan səfiri qeyd edib.

Oxunub: 153
Oxşar xəbərlər
SON XƏBƏRLƏR