(Hekayə)
Məktəb illərinin sevgisini, məhəbbətini həmişə uşaqlıq sevgisi kimi başa düşürlər. Amma, bu sevgi axıra kimi davam eləməsə də umudulmaz olur. Yaşlanıb qocalsanda məktəb illərində sevdiyin insanı unuda bilmirsən. İlk məhəbbət parta arxasından başlayır. Çox qəribədir ki, kimdən ilk məhəbbəti haqqında soruşsan, o, bu məhəbbəti ancaq məktəb illəri ilə bağlayır.
Natiqlə Gülnar da bir - birlərini orta məktəb illərindən sevməyə başlamışdılar. Onlar böyüdükcə sevgiləri də böyüyürdü. Onların bu sevgisinə bütün sinif uşaqları qibtə hissi ilə baxırdılar. Bu gənclərin gələcək üçün o qədər gözəl planları var idi ki..
Onların bu məhəbbətindən hər ikisinin ailə üzvüləri xəbərdar idilər. Natiqlə Gülnar orta məktəbi bititdikdən sonra Natiq ali məktəbə sənədlərini verdi. Gülnarınsa oxumasına valideynləri icazə vermədilər. Natiq də sevdiyinə görə imtahanlara getməkdən imtina edərək, hərbi xidmətə getməyə hazırlaşdı. Sevənlər belə qərara gəlmişdilər ki, Natiq Vətən borcunu yerinə yetirib geri dönəndə ailə qursunlar.
İki ilin gəlib keçməsi hər iki gənc üçün çox çətin idi. Amma məhəbbətləri o qədər güclü idi ki, onlar hər bir çətinliyə bir yerdə dözməyə hazır idilər.
Gülnar sevdiyinin yolunu gözləyəcəyinə dair sevdiyinə söz verdi. Natiq isə onun yolunu gözləyənin olduğunu bildiyinə görə sağ - salamat qayıdacağına və xoşbəxt olcaqlarına görə sevdiyi qızı əmin etdi. Beləcə Natiq Vətən borcunu yerinə yetirmək üçün hərbi komissarlığa yollandı. Valideynlərinin xeyir - duası ilə o yola düşdü.
Sevgi, eşq yaşamaq gözəl hisslərdir, amma o, insana əzab verir, incidir, ürəyini ağrıdır. Sevgi şirin olduğu qədər də acı olur. Sevmək təkcə səni sevirəm sözü demək deyildir. Sevgi ürəkdə olmalıdır və sən onu yaşamağı bacarmalısan. Sevgini itirəndə isə özünü itirmiş olursan. Həyatdan küsürsən, nə üçün, kimin üçün yaşadığını bilmirsən. Hər şey gözündə adiləşir, bəzən isə yaşamaq belə istəmirsən. Amma əlindən nə gəlir ki, mənasız da olsa həyatını yaşamağa davam edirsən.
Natiqlə Gülnara bu iki il o qədər uzun gəldi ki, sanki bu müddətdə bir ömür yaşadılar. Bu ayrılıq onları bir - birinə daha qırılmaz tellərlə bağladı. Natiq hərbi xidmətini başa vurduqdan sonra yenə öz doğmalarının yanına qayıtdı. Evə gəldiyi gün valideynləri ilə görüşdükdən sonra ilk arzusu sevdiyini görmək idi. Evdə qonaqların başı qarışan kim Natiq evdən sakitcə çıxaraq Gülnargilin evlərinə tərəf getdi. Onların əvvəldən gizli görüş yerləri vardı. Bu yer qızın evinə yaxın yer idi ki, o evdən çıxanda tez də qayıda bilsin. O, sevdiyi qıza yaxın dostunun nişanlısı ilə xəbər göndərmişdi. Natiq görüş yerinə gəlib çatdı və az keçməmiş Gülnar da ora gəldi. Bir xeyli sakitcə dayanıb bir - birinə baxdılar. İkisi də necə dəyişmişdilər. Natiq kişiləşmiş, Gülnar isə daha da gözəlləşmişdi. Beləcə bir xeyli bir - birilərinə baxdıqdan sonra Natiq Gülnarın əlindən tutaraq dedi:
- Gülnar, sən necə də dəyişmisən, daha da gözəl olmusan. Sənin üçün elə darıxırdımkı, təsəvvür edə bilməzsən.
- Mən də darıxırdım, inan ki, günləri sayırdım, onlar da elə gec gəlib keçirdi ki...
- Gözəlim, artıq gəlmişəm və bundan sonra həmişə bir yerdə olacağıq. Bir - iki həftə keçsin, işlə təmin olunum, valideynlərimə evlənmək istədiyimi deyəcəyəm və biz xoşbəxt olacağıq. Beləcə sevənlər bir - birinə bir xeyli sevgi sözləri dedilər. Sonra şübhələnən olmasın deyə onlar tez də ayrılıb evlərinə getdilər.
Bəli... Natiqlə Gülnar beləcə gözəl bir sevgi yaşamağa davam elədilər. Natiq hərbi xidmətdə olan zaman Gülnarın bacısını Natiqin əmisi oğluna alaraq qohum olmuşdular. Bu qohumluq onların evlənməsi ilə daha da möhkəmlənəcəkdi deyə Natiq düşünürdü.
Bir ay sonra axşam evdə çörək yedikdən sonra Natiq Gülnarla evlənmək istədiyini valideynlərinə utana - utana dedi. Xoş cavab gözləyən Natiqə valideynləri qəti şəkildə etirazlarını bildirdilər. O ailədən birini almışıq, bəsdir, ikinci lazım deyil dedilər. Natiqin Gülnarı sevdiyini bilsələrdə bu işin baş tutmayacağını Natiqə dedilər. Evdə valideynlərini yola gətirə bilməyən Natiq evdən çıxaraq dostu Poladla görüşərək dərdini ona danışdı. Dostundan məsləhət istədi:
- Polad, indi mən nə edim?Valideynlərim razı deyillər, onları necə yola gətirim? Məni başa düşmək istəmirlər, mən Gülnarsız yaşaya bilmərəm.
Polad da dostunun təmiz məhəbbətinin şahidi olduğu üşün belə bir fikir irəli sürdü:
- Mən bir dost kimi arxanda dururam. Əgər valideynlərin razı deyilsə gəl qaçıraq və aparaq bizə. Valideynlərin barışıb toy edərlərsə lap yaxşı, əgər etmərlərsə o halda mənim atam qardaşlığımız xatirinə sənə toy edər. O səni onsuz da məndən ayırmır. Bizə necə toy edib evləndiribsə, sənə də elə edər. Qoy əvvəlcə atamla məsləhətləşim, görüm o nə deyəcək. Elə həmin axşam Polad Natiqin məsələsini atasına danışır və onun razılığını alır.
Natiqin anası bir - neçə gün bu iki dostun tez - tez görüşüb pıçıldaşmasından şübhələnərək Polada dedi:
- Bala, özünüzü yaman şübhəli aparırsıza.. Birdən ağılsız iş görüb qız qaçırmaq fikrinə düşərsiz. Bax, ondan sonra sən Polad gözümə görünmə.
Polad isə gülərək belə bir fikirləri olmadığını dedi. O həmin gün Natiqə bir qərara gəlməsini xahiş etdi. Əgər fikrində qətidirsə Polad da işini bilsin. Çünki onun üzərinə bu işdə böyük məsuliyyət düşürdü. Amma Natiq bir qərara gələ bilmirdi. Çıxılmaz vəziyyətdə qalmışdı. Bir tərəfdə valideynlər, o biri tərəfdə isə sevdiyi qız. Nə qərara gələcəyini bilmədiyi üçün hönkür - hönkür ağladı.
Qızı qaçıracaqlarından şübhələnən Natiqin anası Gülnargilə gedərək onun valideynlərinə qızlarını başqasına vermələrini, Natiqdən əllərini üzmələrini tələb etdi. Bu hərəkəti ilə ana doğma oğlunun xoşbəxtliyə gedən yolunu bağladı. Bu tələbdən bir müddət sonra Gülnarın valideynləri onsuz da elçisi çox olan qızı bir başqasına nişanladılar və Natiqin onu qaçırmasından ehtiyat edərək Gülnarı ondan gizlətdilər.
(Ardı var)
Fəridə Əsədova
Oxunub: 336