dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidlərimiz Əsədov Səbuhi Azər oğlunun və Həsənov İbrahim Şöhrət oğlunun doğum günləri ərəfəsində Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında məzarları ziyarət olunub, xatirələri ehtiramla yad edilib.



Anım tədbirində Rayon İcra Hakimiyyəti başçısının müavinləri Fuad Cəbrayılov, Könül xanım Axundova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, şəhid ailələri iştirak ediblər.

Nur üzlü şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Qeyd edək ki, 5 iyul 2019-cu ildə vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanan Səbuhi Əsədov 27 sentyabr tarixində Vətən Müharibəsinin başlaması ilə cəbhənin Tərtər istiqamətində Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə vuruşaraq 10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olmuşdur.

Həmçinin, Həsənov İbrahim Şöhrət oğlu sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhidlik zirvəsinə ucalmışdır.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün vətən övladlarımıza Allahdan rəhmət, onların ailələrinə, yaxınlarına səbr diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmadı!











Oxunub: 204
Oxşar xəbərlər
SON XƏBƏRLƏR