dini radikalizm və ekstremizmlə mübarizə

İsrail prezidenti Ərdoğanı ölkəsinə dəvət etdi

İsrail prezidenti Ərdoğanı ölkəsinə dəvət etdi


Türkiyənin Tel-Əvivdəki səfiri Şakir Özkan Torunlar etimadnaməni İsrail prezidenti İsaak Hersoqa təqdim edib.

Şakir Özkan Torunlar İsrail prezidentinin Qərbi Qüdsdəki iqamətgahında keçirilən mərasimdə Hersoq tərəfindən qəbul edilib.

O, görüş zamanı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı ölkəsinə səfərə dəvət edib. İ.Hersoq dəvətini Türkiyənin Təl-Əvivdəki səfirinin etimadnaməsini qəbul edərkən çatdırıb.

Qeyd edək ki, ötən ilin avqustunda iki ölkə qarşılıqlı şəkildə səfir təyin etmək qərarına gəlib və İsrailin baş naziri Binyamin Netanyahu noyabrda keçirilən seçkilərdə qalib gəldikdən sonra Ankara ilə münasibətləri yaxşılaşdırmaq üçün Ərdoğanla razılaşıb.

Oxunub: 166
Oxşar xəbərlər
SON XƏBƏRLƏR