dini radikalizm və ekstremizmlə mübarizə

Gədəbəydə qızıl mədənində yanğın - 8 nəfər zəhərləndi

Gədəbəydə qızıl mədənində yanğın - 8 nəfər zəhərləndi


Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqilləri arasında yaranmış qısaqapanma nəticəsində yanğın baş verib.

Hadisə zamanı 8 nəfər tüstüdən zəhərlənib.

Belə ki, 1982-ci ildə anadan olmuş Ayaz Ələsgərov, 1986-cı il təvəllüdlü Etibar Nəsibov, 1989-cu ildə anadan olmuş Elburus Alıyev, 1994-cü il təvəllüdlü Füzuli Muxtarov, 1979-cu ildə anadan olmuş Anar Abdullayev, 1983-cü il təvəllüdlü Anar Şirinov, 1994-cü ildə anadan olmuş Yusif Nuriyev və 1979-cu il təvəllüdlü Rafiq Məmmədov zəhərlənmə diaqnozu ilə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Amma vəziyyətləri barədə əlavə məlumat verilməyib.

Məlumata görə, ümumi sahəsi 2 100 kvadratmetr olan sexin, 180 kvadratmetr sahədə yanğın baş verib: "Yanğın nəticəsində mühərriklər, nasoslar və bir sıra avadanlıqlar, elektrik kabel və panelləri yanıb".

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə Hissəsin 2 yanğınsöndürən maşını və 12 nəfər canlı qüvvə cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətindən verilən məlumata görə, hadisə yerinə yaxınında olmuş 8 əməkdaş şirkətin daxili təhlükəsizlik qaydalarına uyğun olaraq Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yoxlanışa göndərilib.

"Həmçinin, yanğın Fövqəladə Hallar Nazirliyinin Gədəbəy Rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunaraq qısa zamanda aradan qaldırılıb, - şirkətdən bildirilib.

Report

Oxunub: 175
Oxşar xəbərlər
SON XƏBƏRLƏR