dini radikalizm və ekstremizmlə mübarizə

Ər-arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər?

Ər-arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər?


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ər və ya arvaddan birinə məxsus olan avtomobilin digəri tərəfindən etibarnamə olmadan idarə edilməsi ilə bağlı suallara aydınlıq gətirib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, nikah haqqında şəhadətnamə ilə ər-arvadın eyni avtomobili idarə etməsinə qanunla icazə verilmir:

“Son günlər bir sıra ekspertlərin mövzu ilə bağlı çıxışları bu məsələdə fikir ayrılığı yaradıb. Qanun isə bu məsələdə kifayət qədər başa düşüləndir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Burada “qarşılıqlı razılıq əsasında” ifadəsi göstərir ki, razılıq sənədlə sübuta yetirilməlidir.

Avtomobil rəsmi qeydiyyata alınan bir mülkdür və onu idarə etmək Yol Hərəkəti haqqında Qanun və İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən tənzimlənir. İXM-in 332-ci maddəsində sahiblik hüququna aydınlıq gətirilib. Konkret anlayışlarla müəyyən edilib. Lazım bilinsəydi, həmin punkta nikah şəhadətnaməsi də əlavə oluna bilərdi. Konstitutsiya Məhkəməsinin “ər-arvadın rəsmi reyesterdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyatə keçirirsə, bu halda güman edilir ki, o digərinin razılığı ilə həyata keçirir” şərhinə gəlincə, burada güman sözü göstərir ki, konkretlik yoxdur. Yəni mübahisələndirilsə, sonda məhkəmənin məsələyə hansı qiyməti verəcəyi sual yaradır.

Oxunub: 193
Oxşar xəbərlər
SON XƏBƏRLƏR