dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda qocalar evində dəhşətli yanğın

Azərbaycanda qocalar evində dəhşətli yanğın


Bərdə şəhəri Cəlil Məmmədquluzadə küçəsində yerləşən qocalar evində güclü yanğın baş verib.

Hadisənin səhər saatlarında elektrik naqillərində baş verən qısa qapanmadan olduğu ehtimal edilir. Qocalar evi bir müddətdir ki, fəaliyyətini dayandırıb. Bina da uzun müddətdir ki, 3 Ağdam rayon məcburi köçkün ailəsi məskunlaşıb. Hadisə zaman xoşbəxtlikdən xəsarət alan olmayıb.

Hadisə yerinə FHN-nin Bərdə və Tərtər rayonlarının yanğından mühafizə hissəsinin 4 ədəd yanğınsöndürən maşını və 30 yaxın canlı qüvvəsi cəlb edilib, alov yanğınsöndürənlər tərəfindən tam söndürülüb. Təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün Bərdə rayon polis şöbəsinin 50 yaxın canlı qüvvəsi ərizəyə cəlb edilib. Hadisənin baş vermə səbəbi hüquq mühafizə orqanları tərəfindən aparılır.

"Unikal"

Oxunub: 269
Oxşar xəbərlər
SON XƏBƏRLƏR