dini radikalizm və ekstremizmlə mübarizə

Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev



Azərbaycan Respublikasına Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Ulu öndər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Azərbaycanın siyasi və dövlət xadimi, 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi dərəcə aldıqdan sonra 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir. Daha sonra 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışmışaraq bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. İlham Əliyev ulu öndər Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Müstəqil Azərbaycan Respublikasının neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
İlham Əliyev 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. O, Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. İlham Əliyev daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. İlham Əliyevin həmin dövrdə əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonununda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir. Azərbaycan Respublikası Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Prezidentimiz İlham Əliyevin AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz onun yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. İlham Əliyevin böyük xidmətləri sayəsində Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınması, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsi, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılması həyata keçirildi. Məhz Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazanmışdır. O, 2003-cü ilin yanvar ayında AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq 2003-cü ildə deputat səlahiyyətlərinə xitam vermişdir.
İlham Əliyev 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. O, idmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. İlham Əliyev 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə YAP-ın ikinci konqresində isə YAP sədrinin birinci müavini seçildi. 2005-ci il 26 Mart tarixində keçirilən YAP-ın üçüncü konqresində Prezident İlham Əliyev yekdilliklə YAP-ın sədri seçildi. Onu da qeyd edək ki, 2008 və 2013-cü illərdə keçirilən YAP-ın dördüncü və beşinci konqresində İlham Əliyevin prezidentliyə namizədliyi yekdilliklə dəstəkləndi. Onun sədrliyi dövründə partiya üzvlərinin sayı 700 min nəfəri keçdi. Ali Baş Komandan İlham Əliyev 5 mart 2021-ci il Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP Sədri və İdarə Heyətinin üzvü seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.
O, 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. Cənab İlham Əliyev 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. O, 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. İlham Heydər oğlu Əliyev 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. Cənab İlham Əliyev 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir. 2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir. Prezident İlham Əliyev Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
5 may 2004-cü ildə Prezidentimiz tərəfindən "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında Sərəncam imzaladı. 10 aprel 2008-ci ildə o, Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında başqa bir Sərəncam imzaladı. Daha sonra 21 oktyabr 2009-cu ildə imzalanan Sərəncamla isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu yaradıldı. 19 fevral 2009-cu ildə İlham Əliyev Fondun Nizamnaməsini təsdiq etdi. Cənab Prezident 14 yanvar 2016-cı ildə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. Həmçinin Cənab Prezident 19 dekabr 2012-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsini yaratdı. Prezident İlham Əliyev 8 noyabr 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında başqa bir Sərəncam imzaladı. Gənclər üçün sevindirici xəbər olan, 9 aprel 2018-ci ildə Azərbaycan Respublikasında "Elm günü"nün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Hamımıza yaxşı bəllidir ki, gənclərin təhsilin 3 pilləsi üzrə yəni, bakalavr, magisturatura, doktorantura pillələri üzrə xaricdə təhsil almaları vacib bir məsələdir. Ulu öndər Heydər Əliyevin hələ Sovet hakimiyyəti dönəmində gənclərə göstərdiyi qayğısı ilə 1970-80-ci illərdə yüzlərlə azərbaycanlı gənc, SSRİ-nin böyük təcrübəyə malik ali məktəblərinə təhsil almağa göndərildi.
Qeyd edək ki, həmin illərdə keçmiş SSRİ-nin ən mühüm ali məktəblərində Azərbaycan üçün 17 mindən artıq yüksək ixtisaslı mütəxəssis hazırlanmışdı. ümummilli liderin sovet dönəmində Azərbaycana rəhbərliyi dövründə də gənclərin xaricdə təhsil alması məsələsi mövcud idi. Bu uğurlu iş bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sevindirici haldır ki, hazırda onlarla gəncimiz xaricdə - Avropanın bir çox nüfuzlu universitetlərində təhsil alırlar. Cənab Prezidentimizin gənc alimlərin xaricdə təhsil alması ilə bağlı fərmanı da Azərbaycan elminə, təhsilinə misilsiz töhfədir. Prezident İlham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlamağı tapşırdı. Nəticədə, 16 aprel 2007-ci ildə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiqləndi. Gənclər üçün sevindirici hal, Prezident İlham Əliyev tərəfindən 9 fevral 2007-ci ildə qəbul etdiyi başqa bir Sərəncamla 2007-ci ili "Gənclər ili" elan edilməsi oldu. Buna uyğun olaraq, 2007-ci ildə Azərbaycan Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Təşkilatının Gənclər Forumu, BMT-nin İnkişaf Proqramı, İSESCO və Avropa Şurası ilə birgə təşkil edilmiş "Gənclər Sivilizasiyaların Alyansı uğrunda" beynəlxalq konfransına ev sahibliyi etdi. İlham Əliyev 19 dekabr 2011-ci ildə gənclərin cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında" Fərman imzaladı. Möhtərəm Prezident 15 sentyabr 2017-ci ildə isə "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə" Dövlət Proqramı"nın təsdiq etdi. Cənab Prezident İlham Əliyev, mütamadi olaraq, istər təhsil, istərsə də elmlə bağlı qərarlar verir. Qeyd edək ki, elm və təhsil sahəsində işlərin qurulması ilə bağlı milli proqram hazırlanıb.
Cənab Prezident 2003-ci ildə "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", 2005-ci ildə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", 2010-cu ildə "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", 2012-ci ildə "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", 2013-cü ildə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanunlarını imzalamışdır. Cənab Prezident İlham Əliyev 2007-ci il 27 dekabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında Sərəncam imzaladı. Cənab Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə Baxiş" İnkişaf Konsepsiyasinda əhaliyə göstərilən səhiyyə xidmətlərinin yüksək keyfiyyətini qoruyub saxlamaq əsas prioritetlərdən biri kimi müəyyən olunmuşdur. O, 29 noyabr 2016-cı ildə "Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında" başqa bir Fərman imzaladı.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə mədəniyyət sahəsində də əsaslı islahatlar aparılmış, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılmışdır. 2003-cü ildən bəri bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin xarici ölkələrdə təbliği və tarixi abidələrin bərpası istiqamətində əhəmiyyətli layihələr həyata keçirilməyə başlanıldı. İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən mədəni həyatımızın zənginləşməsi üçün ardıcıl olaraq sərəncamlar imzalamış və onların icrası diqqət mərkəzində saxlanılmışdır. Möhtərəm Prezidentimiz demişdir: “Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir”. Dövlət başçısı İlham Əliyevin sayəsində son on altı ildəki mədəniyyət salnaməsini vərəqləyəndə, ürəkaçan mənzərə ilə qarşılaşırıq. Mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir. Möhtərəm Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 600-dən çox fərman və sərəncam imzalanıb.
Cənab Prezidentin 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” sonrakı dövr üçün ölkənin mədəni həyatının müasir tələblər səviyyəsində qurulmasına əsaslı stimul vermişdir.
Azərbaycan bu gün mədəniyyət də daxil olmaqla, bütün sahələrdə yeni islahatlar dövrünə qədəm qoyub. Möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət xadimləri ilə görüşü də bu islahatların yeni konturlarını yaratmaq baxımından əhəmiyyətli oldu. Cənab İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə baş tutan səmimi görüşdə mədəniyyətimizin müxtəlif sahələrində çalışan sənət admları – aktyorlar, rejissorlar, musiqi xadimləri, arxitektorlar, yaradıcılıq ittifaqlarının rəhbərləri iştirak etmiş və burada qaldırılan bir çox məsələlər bu sahənin inkişafına, yeni əsərlərin yaradılmasına, yaradıcı insanların ictimai həyatda, sənət aləmində fəallığının artmasına stimul yaratmışdır. Möhtərəm Prezident baş tutan həmin görüşdəki nitqində demişdir: “Mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq. Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim.” Qeyd edək ki, mədəniyyət bu diqqətin nəticəsində əsas teatrlarımız - Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı. Bu görüşdən dərhal sonra Prezident sərəncamı ilə dövlət sifarişi ilə çəkiləcək filmlərin istehsalı üçün Mədəniyyət Nazirliyinə 5 milyon manat və eləcə də, yardıcılıq ittifaqları və birliklərinin gələcək fəaliyyətinin təmin olunması üçün də vəsait ayrılmışdır.
Eləcə də, Sənət adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması da cənab Prezidentin daimi diqqət mərkəzində olmuş, verdiyi sərəncamlara əsasən onlara mənzillər, fəxri adlar, Prezident təqaüdü verilir.
Ölkəmiz bu gün UNESKO və İSESKO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək sivilizasiyalı bir ölkə kimi tanınır. Bizim bir çox mədəniyyət abidələrimiz UNESKO-nun maddi və mənəvi irs siyahısına salınmışdır. UNESKO və İSESKOnun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse –prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında rolu çox böyükdür. Sevinc hissi ilə qeyd edə bilərik ki, şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESKO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir.
Çiçəklənən Azərbaycanda mədəniyyət sahəsinin ahəngdar inkişafının təmin edilməsi, heç şübhəsiz, dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısının nəticəsi, eyni zamanda, ulu öndər Heydər Əliyevin milli-mədəni intibah amalının əbədi yaşayacağının təminatıdır. Prezident Əliyevin mədəniyyət siyasətində prioritet sahələrdən biri də Mədəniyyətlərarası dialoq olmuşdur. Cənab Prezidentin 2008-ci ildə "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün "Bakı prosesi"nin başladılması təşəbbüsü ilə çıxış etdi. Möhtərəm Prezident 23 sentyabr 2010-cu ildə Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasının açılışında çıxış edərkən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etmək niyyətini açıqladı. Prezidentin bu təşəbbüsü YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Təşkilatı, İSESKO və s. kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. Onu da qeyd edək ki, 2011-ci ildən başlayaraq 2017-ci ilə qədər Bakıda dörd dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Cənab Prezident 15 iyun 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzaladı və 11 yanvar 2016-cı ildə qəbul etdiyi sərəncamla 2016-cı ili Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan etdi. O, tolerantlıq və multikulturalizmi Azərbaycanda dövlət siyasəti və həyat tərzi kimi xarakterizə etmiş və onun liderliyi altında Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında 2016-cı il 25–27 aprel tarixlərində keçirilən 7-ci Qlobal Forumuna ev sahibliyi etdi.
Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün Ermənistan Respublikası ilə müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Azərbaycan beynəlxalq təşkilatların sülh platformaları ilə yanaşı, region ölkələrinin də münaqişənin həlli istiqamətindəki təşəbbüslərində yaxından iştirak edirdi. Təəssüf ki, uzun illər ərzində aparılan sülh danışıqları nəticəsiz idi. Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın 2018-ci ildə “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyanatları, Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri və bu təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın Müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, “yeni torpaqları üçün yeni müharibə” çağırışı münaqişənin sülh yolu ilə həlli imkanlarını sarsıtdı.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə 2020-ci ilin iyul ayında ermənilər artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. Bir ay sonra avqust ayında təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş, lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür. Hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq, Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının, o cümlədən Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Vəziyyətin gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakobyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı. İşğalçı Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri danışıqlar prosesindən tamamilə imtina anlamına gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 25 sentyabr tarixində BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat çıxışında Ermənistanın son təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir.
sentyabrın 27-si 2020-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmasına cavab olaraq həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur. Bunun nəticəsində 28 sentyabrda ölkədə qismən səfərbərlik elan edilmişdir. Müzəffər Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı ölkənin ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. Bir sıra kəndləri və strateji yüksəklikləri işğaldan azad edən ordumuz 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi. Qızğın döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olmuş 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi döyüş meydanında azad edildi.
Vətən müharibəsində Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı. Arayik Harutyunyan da döyüş əməliyyatlarının dayandığını təsdiqlədi. Üçtərəfli Müqaviləyə əsasən, Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. İşğalçı Ermənistan isə işğal altında olan digər ətraf əraziləri Azərbaycana qaytardı. Həmçinin Azərbaycan, Türkiyə və İranla həmsərhəd olan Naxçıvana dəhliz əldə etdi. Təxminən 2000 rus əsgəri Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca ən azı 5 il müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi.
Möhtərəm Prezidentimiz İlham Əliyev beynəlxal münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdır. Prezident İlham Əliyevin uğurlarını saymaqla bitməz. Dünyanın heç yerində ərazisinin beşdəbir hissəsi düşmən işğalında olan dövlət 15 il ərzində öz iqtisadiyyatını üçqat artıra, ən yüksək artım tempinə nail ola, enerji, nəqliyyat və ərzaq təhlükəsizliyini təmin edə bilməyib! Bu yalnız Azərbaycanda müşahidə edilib. Dünyanın heç yerində açıq okeana çıxışı olmayan ölkə qısa zamanda regional nəqliyyat dəhlizinə çevrilməyib! Amma Azərbaycan bunu bacarıb. Dünyanın heç yerində müharibə vəziyyətində olan dövlət qısa müddətdə öz paytaxtını, habelə ölkə ərazisindəki bütün yaşayış məntəqələrini yenidən tikib-qura, təzələyə və abadlaşdıra bilməyib! Amma Azərbaycanda bu mümkün olub.
Bu xoş fürsətdən istifadə edərək Möhtərəm Prezidentimiz cənab İlham Heydər oğlu Əliyevi 61 illiyi münasibətilə təbrik edir, Prezidentə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Biz gənclər hər daim cənab Prezidentimizə güvənərək onun ətrafınızda sıx birləşmişik.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxunub: 327
Oxşar xəbərlər
SON XƏBƏRLƏR