dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyalı aparıcıdan xain təklif: "Zelenski səfərdə olarkən KİYEVƏ HÜCUM EDİN!"

Rusiyalı aparıcıdan xain təklif: "Zelenski səfərdə olarkən KİYEVƏ HÜCUM EDİN!"


Ukrayna prezidenti Volodimir Zelenskinin müharibə ərəfəsində ABŞ-a səfəri Moskvada ciddi narahatlıq yaradıb.

Rusiyalı təbliğatçı Olqa Skabeeva, prezident Vladimir Zelenski Ukraynadan uzaqda olarkən Kiyevə hücuma keçməyi təklif edib.

Kremlin təbliğatçısı Rusiyanın dərhal Ukraynaya növbəti işğala başlamaq üçün yaxşı şansının olduğunu bildirib.

“Artıq bu gün Zelenski Böyük Britaniyaya, sonra Fransaya, daha sonra Almaniyaya gedəcək. Məqsəd yenə də eynidir: Ağır texnika və raketlər əldə etmək. Yəni, Zelenski demək olar ki, bir həftəni hərbi əməliyyatlara sərf edəcək. Bu o deməkdir ki, biz həmin ərəfədə Kiyevi götürməliyik”, – deyə Skabeeva bildirib

Konkret.az

Oxunub: 189
Oxşar xəbərlər
SON XƏBƏRLƏR