(Təəssüratdan aldığım eyforik təəssüratlar)
...Seyfəddin müəllimi kənddən tanıyıram.Köhnə dostumdur.Hər şeyin təzəsi,dostun köhnəsi ələ düşməz! Köhnə dostu itırməyək ki,indi təzə dost qazanmaq da çətin məsələdir.Onunla bir-birimizə yaxından bələdik.Mənim doğulduğum Məmmədbəyli kəndi ilə onun mənsub olduğu Ağalı kəndi bir-birinə qonşu idi. Yadımdadır,Seyfəddin müəllim o vaxt məktəb direktoru işləyirdi.Rəhbər vəzifəyə gələndə çox yeniliklərə imza atdı.Yaradıcı və zəhmətkeş pedaqoqdur,Seyfəddin müəllim.Ağlın və zəkanın qüdrətinə söykənərək məktəbin fəaliyyətini iki növbəlikdən bir növbəliyə keçirtdi.Uzun müddət sinif otaqları çatışmazlığı ucbatından vaxt itkisinə məruz qalımışdı pedaqoji və şagird kollektivi.Belə bir uğur gətirdi Ağalı kənd orta məktəbinə Seyfəddin müəllim...
Ondakı bacarığı və işgüzarlığı görüb Ağalı kənd sovetinə sədr seçdilər.Bir az da qayğıları,məsuliyyəti artdı.Bayaq bir kənd məktəbinin problemləri ilə yaşayan Pedaqoq müəllim bu gün isə bütöv bir kəndin müşgül məsələri ilə maraqlanmağa başladı.
Kənd yollarının asfaltlaşdırılması,əkin sahələrinin kol-kosdan təmizlənərək ərazinin genişləndirilməsi,kənd bulağının və içməli su təchizatının saflaşdırılması Seyfəddin müəllimin nəcib təşəbbüsü və xeyirxahlığı sayəsində öz həllini tapmışdır.
Gənc ikən bütün potensialını,həyat eşqini doğulduğu kəndin simasının gözəlləşməsinə,tərəqqisinə həsr etmişdir,Seyfəddin müəllim!
Onun gördüyü xeyirxah əməlləri,yaradıcı işləri barmaqla sayılıb qurtaran deyil.
...Bu gün,bu gün isə 30 ilə yaxın bir müddətdən sonra Köhnə Ağalı kənd sakini Seyfəddin müəllimin yeni Ağalıya səfəri də çox maraqlı və zəngin idi...
Ailəsi ilə birlikdə Zəngilana-doğma Ağalıya səyahəti Selyfəddin müəllimi çox duyğulandırmış,hədsiz dərəcədə kövrəltmişdir.
Kəndin əvvəlki görkəmindən heç bir əsər-əlamət qalmasa da, yeni ağıllı Ağalı kəndinin yeni siması,ümumi panoraması-mənzərəsi Seyfəddin müəllim də xoş duyğular,xoş bir ovqat oyatmışdı.Hələ də yaşamağa,qurub-yaratmağa dəyərdi bu torpaqda,-söyləyirdi Seyfəddin müəllim.
Səmədov Seyfəddin Əhməd oğlu.Bu ad,soyad yaxşı tanışdır Zəngilan elinə-obasına!
Ulu babaları tərəfindən əsası qoyulmuş 18-ci əsrin tarixi yadigarı olan "Məcid məbədi"ailəsi ilə birgə ziyarət etməsi,ona əvvəlki inamı,etiqadı özünə qaytarırdı...
Ayağı torpaqdan üzülməyən adam daha güclü,daha qüdrətli olar,-deyiblər.
Seyfəddin müəllimin bir də böyüklüyü,etibarı,sədaqəti ondaydı ki,vaxtı ilə həmkarı olmuş,dünyasını vaxtsız dəyişmiş Şəmil müəllimin qərib ailəsi və övladları ilə görüşməsi, onların qayğıları ilə yaxından maraqlanması, təskinlik və toxtaqlıq verərək yad etməsi olmuşdur.
...Seyfəddin müəllim səfər təəssüratlarını danışdıqca həm kövrəlir,həm də sevinirdi.
Mənə elə gəlirdi ki,Seyfəddin müəllim yenə də sinif otağında köhnə kəndin nağılını danışdıqca xəyal məni qanadlarına alıb Ağalının çılpaq qayalıqlarının ətəyinin sağ tərəfindəki "Narlı dərəyə",sonra isə solunda qərarlaşan "Sulu dərəyə" tərəf çəkib aparırdı!.
Həsən Orucoglu
Oxunub: 878