dini radikalizm və ekstremizmlə mübarizə

Laçının region üçün xüsusi strateji əhəmiyyəti var



İşğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işlərinin görülməsi, Böyük Qayıdış prosesinin sürətləndirilməsi ölkəmizin gücünü, birliyini, xalqımızın böyüklüyünü bir daha göstərir. Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin qətiyyətli mövqeyi və ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə və qarşıya qoyulan bütün məqsədlərə çatacaqdır.
Cənab Prezidentin Laçına səfəri tarixi səfər idi desək yanılmarıq. Bu səfər Laçını viran qoymuş işğalçı Ermənistan hakimiyyətinə mesaj olmaqla yanaşı, eyni zamanda dünyaya mesaj idi. Prezidentin Laçında zamanında mövcud olan tarixi və mədəni abidələr, bina , ev bir sözlə infrastruktrun keçmişdə mövcud halı ilə indiki halına diqqətlə nəzər yetirməsi həm də dünyaya mesaj sayıla bilərdi. Yəni ölkə başçısı dünyaya sanki açıq şəkildə hayqırırdı: Kor olmuş dünya, aç gözlərini bu evlərə bu tarixə diqqətlə bax! Bu vandalizmi sən qınadınmı? Bu terrora, abidələrin məhv edilməsinə etiraz etdinmi? Prezident əslində bütün bu fikirləri dilə gətirməsə də əlində tutduğu şəkillər kataloquna nəzər salaraq onların indiki halını müşahidə etməsi etirazın bir forması idi.
Bir daha ölkə başçımız diqqətlə şəhərə göz gəzdirib, şəhərin hər bir hissəsi ilə ayrıca tanış olması onu göstərirdi ki, bu şəhər dirçələcək, qurulacaq və nümunəvi şəhərlərdən birinə çevriləcək. Cənab Prezidentin səfəri həm də o baxımdan tarixi əhəmiyyət daşıyırdı ki, bu bizim müstəqillik tariximizdə Laçına səfər edən ilk Prezident idi. Cənab Prezident Laçına qalib sərkərdə kimi başı dik səfər etdi və bir daha bəyan etdi ki, Laçınlılar bura əbədi qayıdacaqlar.
Ölkə başçımızın Laçından verdiyi mesajlar da ciddi önəm daşıyırdı. Baş Komandan bir daha işğalçılara barmaq silkələdi, Azərbaycana təcavüz olacağı təqdirdə buna misli ilə cavab veriləcəyi fikrini bir daha yenilədi. Prezidentin hər çıxışında inamlı bəyanatları, kəskin ifadələri, "sözlə başa düşməyənə zopa ilə başa salarıq" mesajı təsadüfi deyil. Güclü dipıomatiya, güclü ordu və güclü iqtisadiyyat Azərbaycanı dünyada sayılıb seçilən, diqtə etdirilən deyil, regionda diqtə edən dövlətə çevrib. Məhz bütün bu faktorlatdır, qalib sərkərdəmizin əlini güclü edən faktorlar.
Laçının region üçün xüsusi strateji əhəmiyyəti var. Laçın Azərbaycanla Ermənistanı birləşdirən magistral yolun üzərində yerləşməsilə ilə yanaşı strateji əhəmiyyətə malik şəhərdir. Məhz bu faktor Laçının əhəmiyyətini artırıb. 30 il ermənilər bu şəhərdə yaşasalar da bölgənin turizm infrastrukturunun inkişafı baxımından demək olar ki, heç nə etməyiblər. Belə demək doğru olar ki, bu toplum Laçının inkişafı ilə bağlı əllərini daşın altına qoymayıblar. Cənab Prezident Şuşanın azad olunduğu gün bir ifadə işlətmişdi. “Əziz Şuşa, sən azadsan, Əziz Şuşa, biz sənə qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəvəyik”. Bu ifadələr işlədilən gün ürəyimdən belə bir arzu keçmişdi. Kaş ki, cənab Prezident tezliklə Laçına səfər etsin və Laçının azadlığını elan etsin, eyni qürurla biz bu bəyanatı qalib sərkərdənin dilindən eşidək. Eyni ifadələri işlətməsə də Laçının azad olunduğunu və şərəfli bayrağımızı Laçında dirçəltdiyi və Laçından bəyanat verdiyi gün mən cənab liderin gözündən o əzmi, o ifadələri oxudum . Orda yazılmışdı :
Əziz Laçın azadsan! Əziz Laçın biz artıq sənə qayıtmışıq və biz səni dirçəldəcəyik!

Şaiq Səfərov
Suraxanı RİH nəzdində təsərrüfat hesablı Layihə Smeta Bürosunun rəisi

Oxunub: 197
Oxşar xəbərlər
SON XƏBƏRLƏR