BİR ĞÜN
Vicdanın şərəfin itirən alçaq,
Sanma bu dunyanı oyun-oyuncaq,
Sanma tutduğun iş belə qalacaq,
Yediyin haramı qusarsan bir gün.
Səni tapşırmışam Haqqın özünə,
Kəsinti dırnağım girsin gözünə,
Axır vuracaqsan başa- dizinə,
Yeməyə siçanlar pusarsan bir gün.
Vicdanın var isə oyanacaqdır,
Əməlin üzünə dayanacaqdır,
Ağ günün qaraya boyanacaqdır,
Acından qarnını qısarsan bir gün!
Ay alçaq duanı tərsinə aldın,
Söz oldun dillərdə,ağızda qaldın,
Bu sağlam canımı nə günə saldın,
Gözünü kor edib,basarsan bir gün!
Gör mənim başıma gətirdin nələr,
Halalca ruzimi yedi kimsələr,
Övladsız canımı eylədin mələr,
Duyarsan,xainsən,yassarsan bir gün!
Solmazın halalın əlindən aldın,
Sən özün-özünü gözümdən saldın,
Ahımdan,naləmdən nə günə qaldın,
Özünü kəndirlə asarsan bir gün!
DUA EDİN
Bir həkim istəyirəm,
Ağrılara son qoya,
Əllərində bal-şəfa,
Adını dərman qoya.
Ölmək istəməz heç vaxt,
Siz tək dostu olanlar,
Dönüb şəfa selinə,
Ürəklərə dolanlar.
Siz də dua eyləyin,
Ölməsin hələ Solmaz,
Ölsəm ağlayarsınız,
Gözünüzdə yaş qalmaz.
Əzablar içindəyəm,
Ağrılarım səngimir,
Sabahadək oyağam,
Gözlərim etmir çimiir.
Ovur sanki canımı,
Cəllad əlində xəncər,
Nəfəsimi kəsərək,
Bağrıma bıçaq sancar.
Hara qoyum bu canı,
Ağrıları səngisin,
Kəndə həsrət qalmışam,
Gəzim küçə-döngəsin.
Adım kənddə yaşayır,
Həsrətəm el- obaya,
Yerimir ayaqlarım,
Möhtac dərman, davaya.
Axı doymamışam mən,
Bu gözəl Vətənimdən,
Çöllərində durnadan,
Zirvədə ötənindən.
Solmazı zəlil edib,
Eyləyib can dustağı,
Dua edin məzardan,
Gəlməsin qoy sorağı!!
DÜŞDÜM
Ömrün payızında mən qışa
düşdüm,
Tufana- borana, yağışa düşdüm,
Elə sanırdım ki,bəxtəvərəm mən,
Yoxsa bədnəzərə, qarğışa düşdüm!
Daddım bu həyatın acı, şirinin,
Kəsmədim yolunu heç vaxt birinin,
Qazdılar quyunun mənə dərinin,
Sürüşdüm palciğa,mən daşa düşdüm.
Yazıldı ömrümə qaralı günlər,
Namərdə,naqisə toylar-düyünlər,
Qismətim yarımçıq, sızıltı, ünlər,
Zirvəyə çatmamış mən boşa düşdüm.
İtirdim anamı gözüm yaş oldu,
Keçən ömrüm-günüm,bir təlaş oldu,
Ömrüm həyat ilə bir savaş oldu,
Kədərlə-qüssəylə mən qoşa düşdüm.
Dünyaya gəldiyim günümə yazıq,
Göylərə ucalan ünümə yazıq,
Solmazam,əzablı "dün" ümə yazıq,
Ömrüm bir heç imiş mən başa düşdüm!.
Ömrün payızında mən qışa düşdüm,
Tufana- borana, yağışa düşdüm,
Elə sanırdım ki, bəxtəvərəm mən,
Yoxsa bədnəzərə,qarğışa düşdüm!
KÜL EYLƏR
Alovu görünməz,tüstüsü olmaz,
Yandırar,kül eylər sevgi adamı.
Sıxar,sıxmalayar işığı qalmaz,
Çevirər zülmətə könül odamı.
Yandırar sevəni o korun-korun,
Söndürməz alovun,kül eylər qorun,
Sevginin əzabın sevəndən sorun,
Bəzən gülünc edər,qohum,yadamı!
Daş yağar bəxtinə bilməzsən dadın,
Sevərsən "Məcnun" tək çağrılar adın,
Özünü yandırar alovun-odun,
Kimsə səni duymaz,saymaz adamı!
Qalarsan dərdinlə özün bas- başa,
Nadanlar əhd alar edər tamaşa,
Belə qismət olsun üzlərdən haşa,
Bir kimsə can deyib,almaz qadamı!
Yayın necə keçər, qış hardan gələr,
Bəxtinə qaralıq,tuş hardan gələr,
Ay Solmaz,gedibdir,huş hardan gələr,
Yetişməz dar gündə,kimsə dadamı??!!
Oxunub: 415