dini radikalizm və ekstremizmlə mübarizə

Prezident İlham Əliyev tərəfindən Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş İcra nümayəndəsinə medal təqdim olundu.


Djb.az xəbər verir. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Prezident Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynov Nizami Məsi oğluna noyabrın 25-də növbəti aparat müşavirəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən medal təqdim olunub.
Taleh Qaraşov çıxışında bildirdi ki, dövlət qulluqçusunun medala layiq görülməsi cənab Prezidentin onların fəaliyyətinə verdiyi yüksək dəyərdir. İcra başçısı N.Hüseynova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. Lənkəran ŞİH-nin başçısının Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi N.Hüseynov dövlət başçısının onun fəaliyyətinə verdiyi yüksək dəyərə görə minnətdarlığını ifadə edib.

Allahverən Pərvizoğlu

Oxşar xəbərlər
SON XƏBƏRLƏR