dini radikalizm və ekstremizmlə mübarizə

Şahruddindən qalmaqallı paylaşım – Şəkillər

Şahruddindən qalmaqallı paylaşım – Şəkillər


Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev özünün İnstaqram səhifəsində Almaniya milli komandası ilə bağlı qalmaqal yarada biləcək paylaşım edib.

O, Almaniya millisinin bu gün DÇ-2022-də Yaponiyaya qarşı matçdan öncə çəkdirdiyi şəkli 11 rəqəmi və xoruz emojisi ilə paylaşıb. Bu isə futbolçulara xitabən “11 xoruz”deməkdir.

Bəs, belə bir paylaşım nə ilə əlaqədardır?

Məlum olduğu kimi, daha əvvəl müxtəlif Avropa ölkələrinin federasiyaları bəyan edib ki, Qətərdə insan hüquqlarının pozulmasına qarşıdırlar. Bu səbəbdən və diskriminasiyaya etiraz kimi komandaları LGBT-yə dəstək olaraq DÇ-2022 zamanı meydana One Love yazılı göy qurşağı təsviri olan kapitan sarğıları ilə daxil olmağı planlaşdırırlar. Lakin FİFA milli federasiyaların bu istəyinə qarşı çıxıb. Qurum komandaların kapitanlarına üzərində göy qurşağı təsviri olan sarğı ilə meydana çıxmağı qadağan edib.

Bu gün isə Almaniya millisinin əsas heyətinin bütün üzvləri çəkdirdiyi kollektiv şəkildə əlləri ilə öz ağzlarını yumublar. Güman etmək olar ki, bununla onlar FİFA-ya etirazlarını ifadə ediblər.

Şahruddin İnstaqramın “History” bölməsində növbəti paylaşımında isə almanlara 2:1 hesabı ilə qalib gələn Yaponiya millisinin qələbə sevincinin şəklini yerləşdirib. O, şəklin üzərinə “One Love” sözlərini yazıb və gülüş emojilərı atıb.



Tribunainfo.az

Oxunub: 305
Oxşar xəbərlər
SON XƏBƏRLƏR