dini radikalizm və ekstremizmlə mübarizə

Arutyunyanın ittiham olunduğu 2 cinayətin detalları - 20 erməni öldü, 7-si yaralandı

Arutyunyanın ittiham olunduğu 2 cinayətin detalları - 20 erməni öldü, 7-si yaralandı


44 günlük müharibədə vəzifə səlahiyyətlərinə səhlənkar yanaşmaqla ittiham olunan Qarabağdakı qondarma erməni rejiminin keçmiş ordu komandiri Cəlal Arutyunyana qarşı açılmış cinayət işinin detalları məlum olub.

Djb.az "Azadlıq radiosu"na istinadən xəbər verir ki, bu barədə vəkil Arsen Sardaryan açıqlama verib.

O bildirib ki, bu, Arutyunyana qarşı kampaniyadır və bu kampaniya ömrünü orduya həsr etmək istəyən gəncləri ruhdan sala bilər.

Onun sözlərinə görə, gənclər haradasa uğursuzluq yaşasalar, komandir kimi onun yaxasından yapışacağını düşünərək ruhdan düşəcəklər.

Vəkil ona qarşı sürülən ittiham aktının 2 hissədən ibarət olduğunu bildirib:

“Birinci ittiham 2020-ci il oktyabrın 7-də onun Horadiz-Cəbrayıl avtomobil yolu istiqamətində keçirdiyi əks-hücum əməliyyatı ilə bağlıdır. İttihama əsasən, Azərbaycan ordusu həmin vaxt sayca 5 dəfə çox olub. Belə şəraitdə isə əks-hücum əməliyyatı yolverilməz sayılmalı idi. İttihamın ikinci hissəsi isə, erməni əsgərlərin Füzulidə mühasirəyə düşməsiylə bağlıdır. İttihama görə, oktyabrın 12-də Füzuli ətrafında 100 nəfərlik qrupun erməni hərbi hissəsinə doğru irəlilədiyi və onların Ermənistan ordusuna məxsus hərbi geyimdə olduğu görünüb. Akta əsasən, onların Azərbaycan hərbi təxribat qrupu olmasından şübhələnərək bu barədə rabitə vasitəsilə komandanlığa məlumat verilib. Lakin istintaqın qənaətinə görə, C. Arutyunyan vəziyyəti hərtərəfli araşdırmadan bu qrupun erməni ordusuna məxsus olduğunu bildirib. Nəticədə 20 erməni hərbçisi ölüb, 7-si yaralanıb”.

Oxunub: 236
Oxşar xəbərlər
SON XƏBƏRLƏR