dini radikalizm və ekstremizmlə mübarizə

Ramiz Mehdiyev YAP-ın 30 illik yubiley tədbirinə qatılmayıb?

Ramiz Mehdiyev YAP-ın 30 illik yubiley tədbirinə qatılmayıb?


Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilir.

"Unikal"ın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirinə YAP üzvləri və müxalif partiyaların sədrləri də qatılıblar.

Yubiley tədbirinə gələnlər arasında Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev görünməyib.

Məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlasaq da, o, tədbirə qatılıb-qatılmayacağı ilə bağlı suala cavab verməkdən imtina edib və dəstəyi asıb.

Qeyd edək ki, R. Mehdiyev 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.

Oxunub: 207
Oxşar xəbərlər
SON XƏBƏRLƏR