dini radikalizm və ekstremizmlə mübarizə

Mikayıl Cabbarov İsraillə əlaqələrdən yazdı



İsraildə Azərbaycanın səfirliyinin açılması iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin güclənməsinə töhfə verəcək.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün “Twitter” hesabında yazıb.

M.Cabbarov bildirib ki, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”.

Qeyd edək ki, Milli Məclisin noyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.

Oxunub: 369
Oxşar xəbərlər
SON XƏBƏRLƏR