dini radikalizm və ekstremizmlə mübarizə

Ruben Vardanyan: "Cənab Əliyevlə danışmağa tam uyğun adam mənəm"



“Mən Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağla birbaşa dialoqa başlamaq istəyini alqışlayıram”.

Konkret.az xəbər verir ki, bunu Ruben Vardanyan Facebook səhifəsində yazıb.

Dünən Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərlə öz vətəndaşı kimi danışmağa hazır olduğunu, lakin bu danışıqların Moskvanın təlimatı ilə göndərilmiş Vardanyanla aparılmayacağını bildirib.

Vardanyan “Mən Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağla birbaşa dialoqa başlamaq istəyini alqışlayıram, Qarabağ bu prosesdə subyekt olmalıdır”, deyib.

Kremlin himayəçiliyi altındakı bu şəxs bir az da irəli gedərək danışıqlara Rusiya, ABŞ-la yanaşı Fransanın da qoşulmalı olduğunu çərənləyib:

“Beynəlxalq vasitəçiliklə birbaşa danışıqların yeni formatının yaradılmasını da alqışlayıram. Senatının bu yaxınlarda Qarabağın tanınması ilə bağlı bənddən ibarət qətnamə qəbul etdiyi Fransa Rusiya və ABŞ-la yanaşı, beynəlxalq vasitəçilər sırasına daxil edilməlidir. Xatırladaq ki, Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədridir”.

Vardanyan Qarabağda danışıqların “onunla aparıla biləcəyini” çərənləyib.

“Mən də təklif etmək istərdim ki, daha konstruktiv tona keçək və cənab Əliyevin dediyinə görə, guya məndə olan “aydın gündəm”lə bağlı dəqiqləşdirmələr aparaq. Mən dəfələrlə vurğulamışam ki, Qarabağ xalqının maraqları istisna olmaqla, Qarabağda başqasının maraqlarını güdməkdə ittiham olunmamaq üçün Rusiya vətəndaşlığından imtina etmişəm. İnanıram ki, mən cənab Əliyevin irəli sürdüyü danışıqlar kriteriyasına tam əməl edirəm: “O, Qarabağda yaşayır və orada yaşamaq istəyir”.

Müharibə həmişə müharibə ilə qayıdır. Bəzən bu, bir neçə nəsil dəyişikliyindən sonra da olur. Bu gün təcavüz xalqlarımızın gələcək nəsillərinin altına atılmış saatlı bombadır. Bu o deməkdir ki, hər iki tərəfdən liderlər bütün məsuliyyəti öz üzərinə götürməli və nə qədər çətin olsa da, danışıqlar masası arxasına əyləşərək qanı dayandırmalıdırlar”, – deyə Vardanyan sərsəmləyib.

Oxunub: 239
Oxşar xəbərlər
SON XƏBƏRLƏR