dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib



Djb.az xəbər verir. Noyabrın 11-də Lənkəranda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illik yubileyi ilə əlaqədar olaraq YAP Lənkəran rayon təşkilatı, Lənkəran şəhər Icra Hakimiyyəti və Lənkəran regional meşə təsərüfatı mərkəzinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
“YAP- ın yaradılmasının 30 illiyi ” münasibətilə Lənkəran şəhərinin Heydər Əliyev prospektinin ərazisində yarım hektar sahədə 60 sərv ağacı əkilib.
Ağacəkmə aksiyasında Lənkəran şəhər icra hakimyyətinin başçısı Cənab Taleh Qaraşov ,YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev , təşkilatın əməkdaşları , ƏPT sədrləri, veteranları və partiyanın fəalları iştirak ediblər.

Allahverən Pərvizoğlu




Oxunub: 282
Oxşar xəbərlər
SON XƏBƏRLƏR