dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda Şəhid Tural Hümmətovun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub


Djb.az xəbər verir. 9 noyabrda Lənkəran rayonunun Osakücə kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Hümmətov Tural Ağababa oğlunun şəhədətə qovuşmasının ikinci ildönümündə əziz xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. 

Bu münasibətlə keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Bulağın açılış lenti şəhid valideynləri ilə birlikdə kəsilib. Daha sonra Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Giriş nitqi ilə çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşündən, 44 günlük Vətən müharibəsində göstərilən igidlik və qəhrəmanlıqdan, eləcə də şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıb. O, Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinin hər zaman Prezident İlham Əliyev  tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov çıxışında bilidirib ki, Şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıq gənc nəsillər üçün örnəkdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız  sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına  torpaqlarımızı düşməndən təmizlədi. İndi Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Tural və onun kimi şəhidlərimizin qanı yerdə qalmadığını bilidirib.

Mərasim çərçivəsində şəhid övladları vətənpərvərlik mövzusunda şerlər səsləndirilib.

Sonra iştirakçılar şəhidin müqəddəs məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb ruhuna dualar oxunub.

Allahverən Pərvizoğlu


Oxunub: 216
Oxşar xəbərlər
SON XƏBƏRLƏR