Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov ötən gecə vəfat edib.
Bu barədə Redaktor.az-a mərhumun yaxınları məlumat verib.
O, uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Vidadi Məhərrəmov bu gün doğulduğu Goranboy rayonunun Xanqərvənd kəndində dəfn olunacaq.
Qeyd edək ki, Vidadi Məhərrəmov Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. Məktəb direktoru, kənd sovetinin sədri, İcra başçısının müavini və nəhayət icra başçısı (2006-2013) olub.
Vidadi Məhərrəmov yeganə icra başçılarındandır ki, əhali arasında hörmətlə qarşılanıb.
Allah rəhmət eləsin!
Oxunub: 971