dini radikalizm və ekstremizmlə mübarizə

Məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər? - AÇIQLAMA

Məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər? - AÇIQLAMA


Məktəblilərin ödənişsiz nəqliyyatda gediş gəlişi mümkündürmü?

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mövzu ilə bağlı "Xəbər Ertəsi"nə açıqlama verib.

M. Ağayev bildirib ki, gediş haqqı və güzəştlərin tətbiq olunması agentliyin səlahiyyətində deyil.

"Agentlik sadəcə bu istiqamətdə qəbul olunan qərarları icra edən qurumdur. Əgər müvafiq qurumlar tərəfindən belə bir qərara verilərsə, onun icrasının təmin olunması üçün addımlar atılacaq".

Aparıcının BNA olaraq belə məsələni müvafiq qurumlar qarşısında qaldırmaq ehtimalı ilə bağlı sualın üzərindən isə sükutla keçilib.

Qeyd edək ki, Bakubus avtobuslarında 6 yaşdan yuxarı uşaqların ictimai nəqliyyatdan ödənişli istifadəsi etməsi haqda xüsusi lövhələr quraşdırılıb.


BAKU.WS

Oxunub: 1 338
Oxşar xəbərlər
SON XƏBƏRLƏR