dini radikalizm və ekstremizmlə mübarizə

Şahbaz Şərif hökumətini tənqid edən jurnalist ÖLDÜRÜLDÜ

Şahbaz Şərif hökumətini tənqid edən jurnalist ÖLDÜRÜLDÜ


Pakistanlı jurnalist və televiziya şou aparıcısı Ərşad Şərif Keniyanın paytaxtı Nayrobidə naməlum şəxslərin silahlı hücumu nəticəsində öldürülüb.

Bu barədə jurnalistin yoldaşı Javeria Siddiqui "Twitter" hesabında paylaşım edib.

Jurnalistin ölümündən sonra prezident Arif Alvi və baş nazir Şahbaz Şərif başda olmaqla bir çox insan başsağlığı mesajı yayıb.

Şərifin bir çox həmkarları da jurnalistin qətlindən üzüntülərini sosial şəbəkədə bildiriblər.

Bəzi jurnalistlər Şərifin ölümündə hökuməti və ordunu günahlandırıb.

Keçmiş baş nazir İmran Xanın qatı tərəfdarı olan Əşrf Şərif, Şahbaz Şərif hökumətini və ordusunu sərt tənqid etməsi ilə tanınırdı.

Oxunub: 237
Oxşar xəbərlər
SON XƏBƏRLƏR