dini radikalizm və ekstremizmlə mübarizə

Taleh Qaraşov Şəhid Elşad Zeynallının anım günündə məzarını ziyarət edib.


“Vətən sevgisi əxlaqi keyfiyyətdir, onun uğrunda şəhid olub əbədiyyətə qovuşanlar bu sevginin ən kamil formasını yaşayan insanlardır”.
Djb.az xəbər verir. Bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov oktyabrın 15-ində şəhid Zeynallı Elşad Elman oğlunun anım mərasimində bildirib.
İcra hakimiyyəti aparatının rəsmi şəxslərinin, şəhid ailələrinin üzvlərinin və yerli ictimaiyyətin nümayəndələrinin də iştirak etdiyi anım günündə şəhid Elşad Zeynallının və Sütəmurdov kənd qəbiristanlığındakı Vətən uğrunda canını fəda edən qəhrəman övladlarımızın məzarları ziyarət olunub, üzərlərinə tər güllər düzülüb və ruhlarına dualar edilib. Şəhidin ailə üzvləri ilə səmimi söhbət edən Taleh Qaraşov onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid valideynlərinə minnətdarlıq edən icra başçısı bildirib ki, məhz onların övladlarının qanı, ordumuzun gücü və xalqımızın birliyi sayəsində qazandığımız Qələbə nəticəsində bu gün ölkəmizin başçısı cənab İlham Əliyev “Dəmir Yumruğ”unu qətiyyətlə diplomatik masada da vurur.
Qeyd edək ki, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Elşad Zeynallı dövlət başçısının sərancamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib

Allahverən Pərvizoğlu

Oxunub: 360
Oxşar xəbərlər
SON XƏBƏRLƏR