XUDAYƏTİM
Bu dünyadan köçdün cavan,
Xalqım səni anır hər an.
Sən ey cəsur, ər qəhrəman,
Tükənməzdir dəyanətin,
Əziz, şəhid Xudayətim!
Düşmənlərdən qisas aldın,
Canlarına qorxu saldın.
44 gündə zəfər çaldın,
Hasil oldu xoş niyyətin,
Əziz, şəhid Xudayətim.
Hər əzaba sinə gərdin,
Saysız düşmən yerə sərdin.
Sən vətənə könül verdin,
Müqəddəsdir bu ülfətin,
Əziz, şəhid Xudayətim!
Adın ilə Azərbaycan,
Qürur duyur, hər bir zaman.
Ey ruhu şad, cənnətməkan,
Sənsən pirim, ziyarətim,
Əziz, şəhid Xudayətim!
11.10.2022
SƏNİ QANA QƏRQ EDƏRƏM
Torpağımdan çək gözünü,
Qan içən acgöz erməni!
Bu Vətəndən əllərini,
Sən ömürlük üz, erməni!
Gözlərimin qabağından,
Rədd olub, itil, erməni!
Sən cəlladsan, sən manqurdsan,
Qəsbkar, qatil erməni!
Gözü yaşlı anaların,
Yandıracaq ahı səni.
Atar cəhənnəm oduna,
Şəhidlərin ruhu səni !
Şuşanı ,,paytaxt" eyləyib,
Öyünürsən, əl çalırsan.
Yalanınla, böhtanınla,
Gözdən düşüb alçalırsan.
Gözün doymur, əl çəkmirsən,
Quduz canavar kimisən.
Sanki bütün bu dünyada,
Xain, alçaq, xar kimisən.
Günahsız qan tökmək sənin,
Ta əzəldən olub peşən .
Ordumuzun gücü ilə,
Kəsiləcək kökün, rişən.
Millətimə böhtan atıb,
Danışma hədyan, erməni.
Ara vurub qarışdırma,
Ay iblis, şeytan erməni!
Səni qana qərq edərəm,
Bir də qanıma susasan.
Ay qanıma batan namərd,
Ömür boyu qan qusasan !
BAXARAM SƏMALARDAN
Ey hər gün öz əlinə
qələm tutan dostlarım.
Sağlığında dostunu
tez unudan dostlarım!
Mən öləndə adıma
təriflər deyərsiniz.
Məni məndən xəbərsiz,
Xoş sözlə öyərsiniz.
Öldüyüm gün siz mənə ,
Şeirlər yazarsınız.
İstəsəz əlinizlə,
Qəbrimi qazarsınız.
Məzarımı al-əlvan
rənglərə boyadarsız.
Haray salıb hər yana,
Dünyanı oyadarsız.
Paylaşarsız adımı
sosial şəbəkədə.
Ölümümü yayarsız,
Hər gün bütün Ölkədə.
Yazdığım şeirlərdən
qəzetlərdə verərsiz.
Hər sözdə, hər kəlmədə,
Məni ruhən görərsiz.
Siz başımın üstündə,
Muğamat oxudarsız.
Tar-kamanla ruhumu,
Bir azca ovudarsız.
Muğamın arasında ,
Şeir-qəzəl deyərsiz.
Ruhumun sağlığına,
Həm də gözəl deyərsiz.
Baxaram səmalardan ,
Kim mənə şeir yazır.
Alıb ələ qələmi,
Yazmağa durub hazır.
Görərəm, gözüyaşlı,
Halı olub çox qəmgin.
Dostuna şeir yazır,
Bu anda Mais Təmkin.
Baxıb Mais dostuma,
Hey kövrəlir Əlixan.
Dost həsrəti qəlbini,
Olub yandırıb-yaxan.
Sağlığımda çox yazıb,
Mənə -şair-qəzəlxan.
Paşa müəllim, Xanoğlan,
Mais Təmkin, Əlixan.
Yazıb Rauf qardaşım,
Şahnaz bacım , Azadə.
Hər ikisi səmimi,
Həm də qəlbi çox sadə.
Hacı Qulam Hüseyn də,
Bir qəzəl yazıb mənə.
Vaqif, Ədalət, Yaşar,
Çox gözəl yazıb mənə.
Hərəsi söz bağından,
Mənə çiçək, gül dərib.
İzmirdən yollayıbdır,
Famillə Osman Qərib.
Sağlığımda özüm də,
Çox dosta yazdım şeir.
Hər birinin xətrini,
Ürəyim çox istəyir.
Yazmayanlar içində,
Dostlarım çoxdur belə.
İstəmirəm, adını
Burda gətirim dilə.
Bəlkə öləm, qırxacan,
Adımı vəsf etsinlər?
,, Ziba yaxşı dost idi,
Hayıf ondan!" - desinlər!!!
Ziba Sevindik
Oxunub: 912