dini radikalizm və ekstremizmlə mübarizə

LDU-nəzdində Sosial və Aqrar-Texnoloji kollecdə "İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir keçirilib.


Djb.az xəbər verir 10 oktyabr 2022-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi. Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə Baş idarəsinin əməkdaşları Sərxan Ağamirov, Söhrab Orucov, İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının sədri, “XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova, Lənkəran şəhər Gənclər və İdman idarəsinin məsləhətçisi Yusif Xamiyev iştirak etmişlər. Çıxış edənlər ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən, bu sahədə tədbirlərin gücləndirilməsindən, qanunvericilik bazasının yaradılmasının əhəmiyyətindən danışıblar. Gənclərimizi hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırıblar.
Tədbirdə Kollecin direktor vəzifəsini icra edən Leyla İbrahimova, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, direktor köməkçisi t.ü.f.d. Cəmil Quliyev, psixoloq Zülfiyyə Əliyeva, müəllimlər Günel Abdullayeva, Nəzrin Paşazadə, Əkbər Novruzov və tələbələr iştirak edirdilər. Tədbirin sonunda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.

Allahverən Pərvizoğlu
LDU-nəzdində Sosial və Aqrar-Texnoloji kollecin tələbəsi

Oxunub: 322
Oxşar xəbərlər
SON XƏBƏRLƏR