dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranın İcra başçısı İctimai Şuranın üzvləri ilə görüşdü


Djb.az xəbər verir Lənkəran ŞİH yanında İctimai Şuranın üzvləri İcra başçısı ilə görüşüblər.
Görüş zamanı İctimai Şuranın fəaliyyəti ilə bağlı bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə çıxış edən Lənkəran Şəhər İcra başçısı Taleh Qaraşov İcra hakimiyyəti yanında İctimai Şuranın səmərəli fəaliyyətini qeyd edərək ötən dövr ərzində görülən işləri “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrası baxımından təqdirəlayiq olduğunu vurğulayıb. Mövcud Qanunun icrası ilə əlaqədar qarşıda duran vəzilərlə bağlı İctimai Şuranın üzvlərinə tövsiyyələrini verən İcra başçısı onlara işlərində yeni-yeni uğurlar arzulayıb. Görüşdə İctimai Şura üzvlərinə yeni vəsiqələr təqdim olunub.

Allahverən Pərvizoğlu
Lənkəranın İctimai fəal Gənci

Oxunub: 338
Oxşar xəbərlər
SON XƏBƏRLƏR