dini radikalizm və ekstremizmlə mübarizə

“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İB-i “Narkotik maddələr tələdir!” layihəsinin icrasına başlayıb



“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkotik maddələr tələdir!” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi XX əsrin bəlalarından sayılan və XXI əsrin də ən ağır problemləri sırasında qalmaqda olan narkomaniya, narkomanlığın gələcəyimiz olan gənclər və gənc qadın və qızlarımız arasında yayılmasının, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparmaq, gələcək üçün sağlam gənclik, sağlam vətəndaşın yetişdirilməsinə köməklik göstərməkdir, müasir gəncliyin sağlam gələcəyinin təmin olunmasıdır.
Layihənin icrası 2022-ci ilin sentyabr ayının 1-dən dekabr ayının 1-nə qədər nəzərdə tutulub.
Qeyd edək ki, bu günə qədər “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İB-i bir sıra uğurlu layihələr həyata keçirib.

Oxunub: 300
Oxşar xəbərlər
SON XƏBƏRLƏR