dini radikalizm və ekstremizmlə mübarizə

“Səbr”, yoxsa “səbir”? - Nazir haqlı çıxdı

“Səbr”, yoxsa “səbir”? - Nazir haqlı çıxdı


Son günlər sosial şəbəkələrdə elm və təhsil naziri Emin Əmrullayevin vaxtilə intihar etmiş bir şagirdin ailəsinə verdiyi başsağlığında "səbr" sözündən istifadə etməsi müzakirə edilir. Bəziləri bu sözün "səbir" kimi yazılmalı olduğunu iddia edir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva bildirdi ki, sözün düzgün yazılış forması "səbr"dir:

“Əlbəttə “səbr” yazılmalıdır. “Səbir” sözünün mənası başqadır. Lüğətə də baxa bilərsiniz. “Tək səbir” semantikası və “səbr” semantikası var. Səbr-dözüm, səbir isə asqırmaq mənasında işlədilir”.

Oxunub: 228
Oxşar xəbərlər
SON XƏBƏRLƏR