dini radikalizm və ekstremizmlə mübarizə

Vətənpərvərlər yetişdirən təhsil ocağı



Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir.
" Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəsi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram."
Ümummilli Lider Heydər Əliyev.

Dünyanın bütün peşə sahiblərini elə həyata hazirlayan müəllimdir.
15 sentyabr "Bilik Günü"
Şamaxı şəhər 1saylı tam orta məktəbdə olduq.
1 sayli tam orta məktəb Azərbaycan milli ideyasının formalaşmasında mühüm rol oynayan mütəfəkkirlərimizdən olan S.M.Qənizadənin adını daşıyır.
Məktəb 1937-ci ildən fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı ildən məktəbin bir çox tanınmış yetirmələri olmuşdur.Onlar respublikanın ali məktəblərində, dövlət qurumlarında yüksək vəzifələrdə çalışaraq məktəbin adını ucaltmışlar. Səhər qəzetinin redaktoru Məzahir Süleymanzadə həmişə məktəblə əlaqə saxlayaraq daim şagirdlərlə maraqlı görüşlər keçirmişdir. Hal- hazırda məktəbə rəhbərlik edən Rüstəmova Dilarə xanım da məktəbin məzunudur.

Məktəbin direktoru Dilarə müəllimə ilə həmsöhbət oldugumuz zaman o, məktəbdə əməkdar müəllim Elşən Ələkbərov, ilin ən qabaqcıl müəllimi layihəsinin qalibi İlahə Əmirova və bir çox qabaqcıl müəllimlərin fəaliyyət göstərdiyindən söz açdı.
Məktəbin Tərbiyə işləri üzrə təşkilatçı direktor müavini Qədirova Sevinc xanim da məktəbin məzunu olduğunu və 1995 -çi ildən məktəbdə işlədiyini bildirdi.Məhz " Bilik Günü" məktəbdə olmaq səbəbindən Nəsirova Gülbəniz müəllimənin sinifində olduq, birincilərlə görüşdük.Gələcəyimiz olan körpə fidanlarımızın əmin əllərdə olduguna bir daha əmin olduq.
Vətənpərvər Poladların, Mübarizlərin, Fəridlərin, Farizlərin yetişməsində müəllimlərin əməyi danılmazdır. 1 saylı tam orta məktəbin 4 şəhidinin olması da buna bariz nümunədir.

Səhidlərimiz Məmmədov Vidadi Üzeyir oğlu 1949 -1990 çi il 20 Yanvar hadisələrində şəhid olub,
Əzizov Babasilin Səmid oğlu,
1960-1980 Əfqanıstan doyuşlərində,

Şeydayev Yaşar Abdul oğlu 1974-1990 Ağdam uğrunda gedən döyüşlərdə,
Zərbaliyev Ziyad Nəriman oğlu 2002-2020 Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.
Məktəbin direktoru Dilarə müəllimə həril məktəbin məzunları yüksək nəticə göstərərək respulikanın müxtəlif ali məktəblərinə qəbul olunmalarından söz açarkən, bu il məktəbin məzunu Fərzəliyeva Nərmin lll qrup üzrə ən yüksək nəticə -666.6 bal toplayaraq respublika birincisi olduğunu da fəxrlə vurguladı. Bu bir daha onu göstərir ki, gələcəyimiz olan ovladlarımızın vətənə, dövlətə yararlı gənclər olaraq yetişdirilməsində 1 saylı tam orta məktəbin müəllim kollektivinin əməyi danılmazdır.

Djb.az Almaz ILAHƏ




Oxunub: 493
Oxşar xəbərlər
SON XƏBƏRLƏR