dini radikalizm və ekstremizmlə mübarizə

"İsraili vurmaq üçün PUA hazırlamışıq" - İran

"İsraili vurmaq üçün PUA hazırlamışıq" - İran


İran İsraili hədəf almaq üçün yeni pilotsuz təyyarə hazırladığını açıqlayıb.

İranın Quru Qoşunları komandanı briqada generalı Kiyomers Haydari İsrailin Təl-Əviv və Hayfa şəhərlərinə zərbələr endirmək üçün xüsusi hazırlanmış qabaqcıl PUA-ların hazır olduğunu bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ İranı Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya pilotsuz təyyarələr satmaqda günahlandıtıb və dörd İran şirkətini sanksiyalar siyahısına daxil edi

Digər tərəfdən, İran prezidenti İbrahim Rəisi ötən ayın sonunda keçirdiyi mətbuat konfransında Tehranın nüvə proqramına hərbi hücumlar edəcəyi təqdirdə İsraili məhv edəcəklərini bildirib.

"Əgər İsrail İranın nüvə proqramını məhv etmək təhdidlərini yerinə yetirmək qərarına gəlsə, sionist rejimdən bir şeyin qalıb-qalmadığını görəcəklər", - deyə rəis bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR