dini radikalizm və ekstremizmlə mübarizə

Heç kim imtiyazlardan istifadə edə bilməz-Mətanət Əsgər qızı


Djb.az xəbər verir ki, Hər zaman maraqlı statuslar yazan, ciddi məsələlərə diqqət ayıran YeniZamanTV, saytın rəhbəri, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı bu dəfə də cəmiyyəti narahat edən məsələyə diqqətləri yönəldib.Yazını olduğu kimi sizə çatdırırıq:

Artıq deyəsən şəhid valideynləri də qanunları pozmağa başlayıblar.Şəhid atası “qanunsuz bina tikilir” deyib, benzinlə özünü yandıracağı ilə hədəyir. Digər şəhid Cəfərli Cəfərin atası Balacəfər Cəfərov Yardımlı rayonunun Avun kəndində bir kəndin camaatını zinhara gətirib.Deyir əlimi hara qoysam , nə istəsəm edərəm.Dövlət də , Hökumət də mənəm.Gör vəziyyət hara çatıb ki, kənddə bir ailənin iki üzvünə ağır xəsarətlər yetirib. Rayonda da rəhbər vəzifədə işləyənlər vəziyyətdən çıxış yolunu barışmaqda görürlər.Ağrımayan başlarına dəsmal bağlamaq istəmirlər…Əcaba görmürlər ki, Avun kəndi barıt çəlləyinə dönüb, hamı şəhid atasından narazıdır??? Son zamanlar belə şikayətlərlə artıq tez- tez rastlaşıram.Xatırlatmaq istəyirəm, heç kimə ixtiyar verilməyib ki, xüsusi statusundan istifadə edib, digər vətəndaşın hüququnu pozsun. Bu günlərdə faktla yaxından tanış olmaq üçün rayona gedəcəm.Hər kəsin bilməsi lazımdır, qanun şahdır.Heç kim imtiyazlardan istifadə edə bilməz!!!Qanun Şahdır!

Oxunub: 287
Oxşar xəbərlər
SON XƏBƏRLƏR