Müharibədə öldürülən erməni hərbçilərin valideynləri İrəvanda yolu bağladı - VİDEO
44 günlük müharibə zamanı öldürülən erməni hərbçilərin valideynləri İrəvanda yolu bağlayıblar.
Djb.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Ermənistanın Baş naziri Nikol Paşinyanın həbsini tələb edirlər.
Polis valideynləri hərəkət zolağından çıxmağa və yolu açmağa çalışıb.
"Bizə məlumat verildi ki, Paşinyan sabah görüş üçün Brüsselə gedir. Amma o, erməni xalqını təmsil etməməlidir, buna haqqı yoxdur. Baş prokurordan onun hərəkətlərinin qarşısını tez bir zamanda almasını tələb edirik", - deyə ölən əsgər Mxitar Qalyanın atası Qarik Qalyan bildirib.
Onun sözlərinə görə, sabah Baş nazir başqa bir sənəd imzalayacaq və bunun nəticəsində "Ermənistan yeni ərazilər verməyə başlayacaq".